Xəbər lenti
Xərçəngin 5 az bilinən SİMPTOMU
Xərçəng nə qədər tez aşkar olunarsa, müalicəsi də bir o qədər effektli olur. Bu səbəbdən mütəxəssislər xüsusilə yaşı 40-dan çox olan insanlara, irsiyyətdə xərçəng xəstəlikləri olanlara öz sağlamlığına qarşı daha diqqətli olmağı və şübhəli, "izah olunmayan" simptomları gördükdə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Express nəşri bildirir ki, Almaniya onkoloqları xərçəng xəstəliyinin bəzi az bilinən simptomları haqqında məlumat veriblər. Bu simptomlar arasında:
- udmanın çətinləşməsi, boğazda yad cisim hissi. Bu qida borusu xərçənginin simptomu ola bilər.
- göz qapaqlarının aşağı enməsi. Bu simptom ağciyər xərçəngi zamanı inkişaf edə bilər.
- səsin xırıltılı olması. Bu qırtlaq xərçənginin simptomu ola bilər.
- qarının tez-tez səbəbsiz köpməsi - qadınlarda yumurtalıq xərçənginə və həmçinin qaraciyər və bağırsaq xərçənginə işarə edə bilər.
- sidiyin rənginin tündləşməsi. Bu simptom mədəaltı vəzi və qaraciyər xərçənginə işarə edə bilər.saglamolun.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar