Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vaksin ehtiyatı nə qədərdir? - RƏSMİ

Tarix: 09-04-2022 11:46     Baxış: 4265 A- / A+
Azərbaycanda vaksin ehtiyatı nə qədərdir? - RƏSMİ
"Turkovac” vaksininin üçüncü faza sınaqlarının sırf buster doza kimi istifadəsi nəzərdə tutulub. Təbii olaraq, uğurlu olduqdan sonra o da bizim vətəndaşlarımıza seçim kimi təqdim olunacaq.
Manevr.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.
O bildirib ki, hazırda Türkiyənin koronavirusa qarşı vaksini olan "Turkovac”ın Azərbaycanda üçüncü faza sınaqları keçirilir.
"Əldə olunan sazişə əsasən, sınaqlar Bakı Sağlamlıq Mərkəzində baş tutur. Könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra Türkiyə tərəfinə təqdim olunacaq. Ondan sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
Nazir bildirib ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına ilk başlayan ölkələrdən biridir.
"Həm Azərbaycan vətəndaşları, həm də ölkəmizdə daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların bütün platformalarda hazırlanmış vaksinlərə əlçatanlığı təmin edilib. İstər inaktivləşdirilmiş platformadan olan "Coronovac”, istər mRnt "Pfizer”, istərsə də vektor platforması üzrə "Astra Zeneca” və ”Sputnik”in istifadəsi uğurla həyata keçirilib”, - deyə nazir əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar