“Qarabağın statusu Bakı ilə danışıqların mövzusu olmalıdır”.
Manevr.az xəbər verir ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında “Qarabağın yekun statusu məsələsinin” Azərbaycanla imzalanacaq sülh sazişi çərçivəsində müzakirə edilməli olduğunu vurğulayıb. O əlavə edib ki, İrəvan Azərbaycanın sülhlə bağlı təkliflərinin məqbul olduğunu bəyan edib.
Eyni zamanda, Paşinyan vurğulayıb ki, onlar Qarabağ əhalisi üçün təhlükəsizlik təminatlarını və onların statusu məsələsini qeyd etmirlər.
“Deməliyəm ki, bu məsələlər gələcək danışıqların mövzusu olmalıdır”, – deyə Paşinyan bildirib.
O qeyd edib ki, bir gün əvvəl Brüsseldə keçirilən görüşdə irəliləyiş qeydə alınıb. Paşinyanın sözlərinə görə, Brüsseldə Qarabağda təhlükəsizlik məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Baş nazir əlavə edib ki, o, təkid etməyib, çünki belə müzakirələrdə Rusiya tərəfi də iştirak etməlidir.
Xatırladaq ki, Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşüb.
Danışıqların nəticələrinə əsasən, tərəflər xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləməyi tapşırıblar. Aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması barədə də razılıq əldə olunub./konkret.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar