Erməni jurnalist Armen Xaçikyan Xocalı rayonunun Fərrux kəndi yaxınlığında olub, real vəziyyəti öyrənib və Azərbaycan ordusunun əraziyə tam nəzarət etdiyini bildirib.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, A.Xaçikyanın qeydlərini "Hraparak" nəşri təqdim edib.
"Azərbaycan qüvvələri Karaglux(Daşbaşı-S.L.) yüksəkliyində yerləşir və onlar xeyli güclənib. Rusiyanın sülhməramlı qüvvələri Fərrux kəndinə nəzarət edir, lakin kənd Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınıb" - deyə erməni jurnalist yazır.
A.Xaçikyan əlavə edir ki, Fərruxda erməni birləşmələri yoxdur və sakinlər kəndə qayıda bilmir. O etiraf edir ki, Azərbaycan ordusu nəinki Qarabağ ərazisindəki Fərrux yaylasının bu istiqamətini nəzarətdə saxlamaqda davam edir, həm də Pirlər, Sərdarkənd və Xanabad istiqamətlərində irəliləyir. Eləcə də Daşbaşıdakı mövqeləri möhkəmləndikcə bu kəndlərin birbaşa görünüşünü təmin etməyə çalışır. Bu günə qədər traktorlar artıq yüksəkliyə yol açıblar ki, bu da texnikanın hərəkətini və təchizat prosesini təmin edir...
Erməni yazar həyəcanla bundan sonra Qarabağdakı separatçıları gözləyən digər təhlükələrdən də bəhs edir. A.Xaçikyan bildirir ki, Azərbaycan ordusu Ağdam rayonunun separatçı rejimin nəzarətində qalmış "Nor Seysulan" adlanan Yeni Qaralar kəndi(Sırxavənd inzibati ərazisi) istiqamətində Xaçın körpüsünə doğru irəliləyə bilər. Və bu halda Xankəndi-Ağdərə yolun bağlanaraq "Artsax" iki yerə bölünsə, ciddi təhlükə yaranacaq"...
Sonda A.Xaçikyan iki həftə öncə Daşbaşı yüksəkliyində çəkdirdiyi fotosunu təqdim edərək hazırda həmin yerdə Azərbaycan ordusunun dayandığını etiraf edir...
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar