Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanın Fərrux yüksəkliyini götürməsi belimizi qıracaq...”

Tarix: 30-03-2022 20:54     Baxış: 4252 A- / A+

                

Azərbaycan ordusunun martın 24-də Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürməsi ermənilərin “arsax dövləti” xəyallarını birdəfəlik puç edir. 
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından deputat Tiqran Abramyan çoxlarının hələ Fərrux kəndinin və Daşbaşı yüksəkliyinin əhəmiyyətini anlamadıqlarını deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu son irəliləmə zamanı Daşbaşı dağı istiqamətində Fərrux kəndinin inzibati ərazisindən dəfələrlə böyük ərazini nəzarətinə götürüb. “Mən bunu yazıram ona görə ki, çoxları bilmədən, yaxud bilərəkdən ancaq Fərrux kəndini müzakirə predmetinə və prinsipial məsələyə çeviriblər. Əslində isə strateji planda Daşbaşı dağ silsiləsinin müxtəif sahələri Fərrux kəndinin alınmasından dəfələrlə böyük təhlükə yaradır”,-Abramyan bildirir.
Onun sözlərinə görə, azərbaycanlılar Fərrux kəndini aralıq zona kimi istifadə ediblər və kəndə daxil olandan dərhal sonra Daşbaşı yüksəkliyinin müxtəlif sahələrinə qalxmaq, orada mövqelər qurmaq, möhkəmlənmək, fasiləsiz təchizat üçün kənar yollar çəkməyə başlayıblar.
                                        
“Əgər Azərbaycan qoşunlarını əvvəlki mövqelərinə qaytarmasa (hansı ki, Tiqran bunu yuxusunda görə bilərdi, - red.) o zaman Qarabağın hazırda bizim nəzarətimizdə qalan (Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan əraziləri nəzərdə tutulur, - red.) hissəsində bizim belimizi qırmaq üçün misli görünməmiş situasiya yaradacaq”, - o yazıb.
“Ermənistan” fraksiyasından olan digər müxalif deputat Artur Xaçatryan isə bildirir ki, əgər Azərbaycan Daşbaşı yüksəkliyini nəzarətində saxlamaqda davam etsə o zaman Xankəndi şimal-şərq istiqamətindən də ciddi problemlərlə üzləşəcək. Hansı ki, Şuşanın azad olunmasından sonra Xankəndi artıq şimal-qərb istiqamətindən Azərbaycan ordusunun “ovcunun içindədir”.
Qeyd edək ki, Fərrux dağ silsiləsində yerləşən Daşbaşı yüksəkliyindən Ağdam şəhəri də daxil olmaqla rayonun bir sıra kəndlərinə,  o cümlədən Əsgərana və Xocalıya tam vizual nəzarəti təmin etmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar