Xəbər lenti
Hədəf Xankəndidir, o da yaxın həftələrdə olacaq - Ekspert
Manevr.az xəbər verir ki, bunu Bakupost.az-a hərbi ekspert Üzeyir Cəfərov Xocalının Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ordumuz yaxın günlərdə başqa yaşayış məntəqələrinin də Azərbaycanın nəzarətinə qayıtdığını elan edəcək:
“Ordumuzun hədəfi Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını həyata keçirməkdir. Fərrux kəndinin azad olunması ilə Ordumuz qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirib və bu qələbənin davamı gəlir. Bu dəqiqələrdə Azərbaycan Müdafiə Nazirliyi, o cümlədən digər əlaqədar strukturlar lazım olan işi görürlər. Azərbaycan Ordusu yaxın günlərdə başqa yaşayış məntəqələrinin də dövlətimizin nəzarətinə qayıtmasını elan edəcək. Dünən rus sülhməramlılar kobudluq edərək, guya Azərbaycana şərt qoyurlar ki, siz buradan çəkilməlisiniz. Amma Azərbaycan Müdafiə Nazirliyi heç bir halda buna imkan vermədi”.
Ü.Cəfərov bildirib ki, Fərrux qələbəsinin davamı gələcək:
“Birinci Qarabağ savaşında Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi altında oğullarımız Fərrux uğrunda döyüşlərdə çox böyük qəhrəmanlıq göstəriblər. Ona görə də Fərrux qələbəsinin davamı gələcək, buna heç kimin şübhəsi olmasın. Asta-asta Azərbaycan Ordusu öz hədəfinə çatmaq üzrədir. Xocalı da qayıdacaq, yaxın vaxtlarda Ağdərə ilə bağlı da xoş xəbərlərimiz olacaq, hər şey Xankəndi ilə bitməlidir. Necə ki 44 günlük Vətən savaşında hədəfimiz Şuşa idisə, burada da hədəfimiz Xankəndidir ki, o da yaxın həftələrdə olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar