Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusu geri çəkiləcəkmi?

Tarix: 27-03-2022 10:42     Baxış: 3231 A- / A+
             
Əvvəlcə ABŞ və Fransa, ardınca Rusiya Azərbaycan Ordusunun “əvvəlki mövqelərinə” geri qayıtmağı ilə bağlı çağırış etdi: Vaşinqton və Parisin çağırışlarının praktikada təsiri olmadığı bəllidir, lakin sülhməramlıları bölgədə yerləşən Moskvanın çağırışı narahatlığa əsas yaradır, çünki bundan öncə məhz rusların müdaxiləsi ilə bir çox addımların qarşısı alınıb.
Yenə eyni hal yaşana bilərmi?
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında bu suala cavab tapmaq mümkündür:
Birincisi, Azərbaycan Ordusu öz suveren ərazimizdə hərəkət edib və dislokasiya edildiyi mövqelərdən geri çəkilməyəcək;
İkincisi, bölgədə gərginliyin səbəbi 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilməməsi – erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmamasıdır: bu, həyata keçirilmədiyi müddətdə belə hallar davam edə bilər.
Mümkündür ki, Rusiya tərəfinin “israrlı” açıqlamaları yenə davam edəcək, lakin bunun praktikada dəyişikliyə səbəb olacağı ehtimalı azdır. Azərbaycanın bu dəfə geri çəkilməsi Qarabağda gələcək planlarda risklər yarada bilər, Bakıda bunu anlayırlar. Bakıda onu da anlayırlar ki, mövcud vəziyyətdə bölgədə yeni gərginlik Moskvaya da sərfəli deyil, əksinə, üçtərəfli razılaşmalarda irəliləyiş olmalıdır, xüsusilə sərhəd və kommunikasiya məsələsinin önünü bağlayan 4-cü maddənin icra edilməsi istiqamətində. Və bunun üçün şərtlər yetişdirilməlidir.

Asif Nərimanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar