Ermənistan parlameninin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan "Azadlıq" radiosunun erməni xidmətinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub.
Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edən erməni deputat əvvəlcə bəyan edib ki, Ermənistan 1991-ci ildə MDB-nin Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişi imzalayaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:
"Hər iki dövlət faktiki olaraq, bir-birinin ərazi bütövlüyünü tam olaraq tanıyıb. Və buna uyğun olaraq Ermənistanın Azərbaycan ərazisində heç bir ambisiyası yoxdur".
Azərbaycanın dəfələrlə bütün Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirməsinə Ağacanyanın cavabı belə olub ki, "hesab edirəm ki, bu proses müzakirə edilməli, Qarabağın yekun statusu müzakirə edilməlidir və biz sülh müqaviləsinin yekun ratifikasiyası və imzalanması çərçivəsində yekun statusa çatmalıyıq".
Jurnalistin aydınlaşdırıcı sualına hökumətyönlü deputat "beynəlxalq səviyyədə tanınmış, 1990-cı illərin əvvəllərində bütövlüyü Ermənistan tərəfindən tanınan Azərbaycan Respublikası var. Bir də sovet dövründə müəyyən muxtariyyatı olan qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi var. Bu sahədə problem isə burada yaşayan etnik ermənilərə münasibətdə onların etnik mənsubiyyətindən irəli gələn konkret hərəkətlər nəticəsində yaranıb ki, bu da genişmiqyaslı müharibə ilə nəticələnib, onun nəticələrini bu gün yaşayırıq", - deyib.
Ağacanyanın sözlərinə görə, bu məsələ beynəlxalq normalara, Ermənistanın öz mövqeyinə malik olduğu prinsiplərə uyğun həll olunmalıdır və o, bunu danışıqlar masası arxasında əyani şəkildə nümayiş etdirmək niyyətindədir: "Qarabağın yekun statusu da daxil olmaqla, danışıqlara başlamaq lazımdır", - deyə fikrini tamamlayıb.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar