Ukraynada əsirlikdə olan 250-300 rusiyalı çağırışçı əsgər var.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç "Feygin Live" proqramının efirində bildirib.
A. Arestoviç əsir düşən çağırışçı əsgərlərin maraqlı məlumatlar verdiyini də qeyd edib.
Onun sözlərinə görə, əsirlərdən bəziləri əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçılarıdır. Əsirlərin bir qismi isə Dağlıq Qarabağda "sülhməramlı" kimi xidmət etmiş, sonra Donbasda döyüşmüş hərbçilərdi.
"Onlar Suriya və Donbassdakı xidmət qaydaları haqqında xeyli məlumat veriblər. Ukraynadakı Suriya üsulları haqqında çox danışıblar, şəhərləri mühasirəyə alanda və orduya qalib gələ bilmədiklərinə görə, indi Mariupolda olduğu kimi, əhalini məğlub etməyə çalışırlar”, - Aretoviç bildirib.
A. Arestoviç bildirib ki, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir, lakin hərbi əməliyyatların getdiyi elə bir istiqamət yoxdur ki, belə hərbçilər olmasın.
Arestoviç hesab edir ki, Ukraynada müharibədə iştirak edən Rusiya ordusunun şəxsi heyətinin ən azı yarısı çağırışçılardır.
“Söhbət ondan gedir ki, burada mənim hesablamalarıma görə, ən azı 80-100 min çağırışçı var”, - Arestoviç bildirib.
O, həmçinin hesab edir ki, Ukraynada həlak olan rus əsgərlərinin yarısı da çağırışçılardır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl mətbuata bildirmişdi ki, Ukraynaya yalnız peşəkar hərbçilər göndərilib, guya orada çağırışçılar yoxdur. Daha sonra Kreml sahibi etiraf etmişdi ki, Ukraynada çağırışçılar da var.
Putin bunu gənc çağırışçılar Ukrayna ordusuna əsir düşəndən sonra etiraf etməyə məcbur oldu.
Prezident vəziyyətdən çıxış yolu kimi çağırışçıların Ukraynaya göndərdilməsinə görə Müdafiə Nazirliyindəki məsul şəxsləri cəzalandırmağı tapşırıb.modern.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar