Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bütün şəhidlər övladımdır - Şəhid Anası

Tarix: 05-03-2022 19:07     Baxış: 3510 A- / A+



Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid anaları ilə görüşlərinin birində belə bir fikir səsləndirmişdi: “Şəhid anaları QƏHRƏMAN ANALARDIR!”
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində belə analardan biri - nur üzlü, Vətən sevdalı, zəfər müjdəli, qələbə əzmli şəhidimiz - "Vətən Müharibəsi Qəhrəmanı" Anar Şükürovun anası Emma Şükürovanı oxucularımıza yaxından tanış etmək üçün onunla görüşmək qərarına gəldik. Söhbətimiz zamanı öyrəndik ki, o, 1956-cı il aprelin 19-da Sumqayıt şəhərində anadan olub. 16 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurub.
1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib, Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Artıq 43 ildir ki, burada riyaziyyat müəllimi işləyir. Mehriban, səmimi, dostcanlı, ailə qədri bilən bir xanımdır. Həmişə belə fikirləşib ki, evi də, cəmiyyəti də inkişaf etdirən qadındır. Qadın düzdürsə, imkan verməz ki, evinə haram pul gəlsin. Heç kəsə qibtə hissi olmayıb, bəhscil deyil. Həmişə halallığa üstünlük verib. Həyat yoldaşı Mehman Şükürov da 50 il Sumqayıtda kimya müəllimi kimi çalışıb.
Əslən Xocavənd rayonunun Tuğ kəndindəndir, rəhmətə gedibdir. Emma müəlim bizə söylədi ki, qürur duyuram, mənim övladım Vətən uğrunda şəhid olub. Böyük oğlum Arzu Şükürov Almaniyada bizneslə məşğuldur. İkinci oğlum Anar isə 1977-ci il yanvarın 20-si anadan olub. O vaxt mən hələ ali məktəbin axırıncı kursunda oxuyurdum. Anar heç vaxt mənə əziyyət verməyib. Sakit, qəşəng uşaq idi. Böyük oğlumla arasında yaş yarım fərq var idi, Anar çox səmimi, ağıllı, zəhmətkeş idi. 1983-cü ildə 28 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 6-cı sinfədək orada oxuyub. Dərslərində sərbəst, məsuliyyətlə, hazırlıqlı iştirak edib, əlaçı, hamının sevimlisi olub. Sonra 25 nömrəli tam orta məktəbin riyaziyyat təmayüllü sinfində orta təhsilini davam etdirib. Hazırda həmin məktəb onun adını daşıyır. Mən uşaq yaşlarımdan çox vətənpərvər olmuşam, atam Xasməmməd kişi Böyük Vətən Müharibəsi iştirakçısı idi. Anar da elə bizə oxşayıbdır. Həmçinin ata yurdunun düşmən tapdağında olmasından həmişə narahat idi. Bu barədə atasıyla tez-tez söhbət edərdi, qisas alınacağı günə ümid bəsləyərdi. Anarın ümidi artıq həqiqətə çevrilib. Qeyd edək ki, Anar Şükürov uzun illər Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində Qrup Komandiri və Tabor Komandiri vəzifələrində, daha sonra isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında xidmət edib və müharibədən bir neçə il əvvəl Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarından ehtiyata buraxılıb. Vətən müharibəsinin birinci günündən Binəqədi Rayon Hərbi Komissarlığına dəfələrlə müraciət eləsə də, Komissarlıqdan ona hələ gözləməli olduğu bildirilib. Bundan sonra o, 1-ci Ordu Korpusunu rəhbərliyinə müraciət eləyib və Ordu Korpusunun Komandanlığın yardımı ilə "Həmlə" Taborunun Komandiri olaraq döyüşlərə cəlb olunub. Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Şükürov oktyabrın 16-da Ağdərə istiqamətində 530 strateji nöqtəsi istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Emma müəllim sözünə davam edərək söylədi ki, bir-birimizə həm ana-oğul, həm də sirdaş, dost, həmdəm olmuşuq. Olub-keçənləri bir-birimizdən gizli saxlamaz, dərd- sərimizi bir yerdə bölüşərdik. Bax, beləcə birlik, bərabərlik göstərərək həyatın çətin sınaqlarından üzüağ çıxmağı bacardıq. Anarın dediyi sözlər hələ də qulaqlarımda səslənir: “Ana, sənin mənim üzərimdə əziyyətlərin çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm, ancaq gün gələcək sənə oğul fəxarəti, qüruru yaşadacağam”. Əhdinə xilaf çıxmadı Anarım. Lakin hər qapı açılanda boylanıram ki, bəlkə gələn Anardır. Hər dəfə adım çağırılanda diqqətlə qulaq asıram ki, bəlkə səsləyən Anardır. Elə bilirəm ki, döyüşdədir, gələcək... Onun Allahın verdiyi şəhidlik ucalığına nəsib olmasına mən hazır kimi idim. Çünki hərb yolunu seçmişdi. Ürəyimdə təskinlik tapıram ki, övladım Vətən uğrunda həlak olub. Mənə deyirdi ki, bir ovuc torpaq uğrunda ölmək şan-şöhrətdir. Qarşıdan yaz fəsli gəlir. Düşünürəm ki, “Anarın nə qədər arzuları, diləkləri qaldı?!” Qızının da adını Dilək qoymuşdu. Beş yaşı var. Həyat yoldaşı Şəmsiyyəni özü sevib-seçmişdi. Ailəsini çox sevgiylə qoyub getdi ki, mən Vətəni azad etməliyəm. Ya tarix yazmalıyıq, ya tarixə dönməliyik.” Emma müəllimə təkcə öz oğlundan söhbət açmadı bizə. Qeyd etdi ki, bütün şəhidlər mənim övladımdır. “Şirin xatirətək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər”, “şəhidlərimiz həyatı sevərək yaşayıb, sevilərək şəhid oldular”. Bəli, şəhidlər elə bir zirvədədir ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq. Onları böyüdən bütün analara isə Emma Şükürovanın timsalında səbr, təmkin diləyrik!

İlhamə Məhəmmədqızı






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar