Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komissiyasından azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA / ŞƏKİL

Tarix: 25-02-2022 21:10     Baxış: 4355 A- / A+

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
I Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə uyğun olaraq aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar olunub, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilib.
Edilli kəndinin ərazisində ilkin qazıntı zamanı 6-7 nəfərə aid meyit qalığı aşkar edilib.
Aşkar olunan meyit qalıqları kütləvi dəfn edilən şəxslərin bir hissəsinə aiddir. Hadisə şahidlərinin məlumatına görə, hərbi yük maşınında Edilli kəndinə gətirilmiş onlarla Azərbaycan hərbçisinə və yaşayış məntəqələrinin işğalı zamanı qətlə yetirilən mülki şəxslərə aid meyitlər azərbaycanlı əsir-girovların iştirakı ilə kütləvi məzarlıqlarda basdırılıb. Edilli kəndinin ərazisində bir neçə kütləvi məzarlığın olması ehtimal edilir.
Məzar yerlərinin axtarışı və ekshumasiyası işləri mütəxəssislər tərəfindən davam etdirilir.
Edilli kəndində kütləvi dəfn edilən meyitlərin bir hissəsi isə I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılan və ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir.
"İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub və insanlıq əleyhinə törədilən bu cinayət əməlləri özünəməxsus qaydada “məharətlə” gizlədilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır.
İnsanlıq və bəşəriyyət əleyhinə törədilən bu cinayət əməlləri ilə yerində tanış olmaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə cari ilin 24 və 25 fevral tarixlərində xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri Xocavənd rayonunun Edilli kəndinə və Füzuli şəhərinə dəvət edilib, aşkar olunan faktlar barədə onlara ətraflı məlumat verilib", - məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar