Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı Rusiya hərbçiləri ermənilərə "qardaş" olublar? - ŞƏKİL

Tarix: 21-02-2022 15:27     Baxış: 4204 A- / A+




Rusiyanın sülhməramlı, daha doğrusu, sülhməramsız kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə yerli ermənilər daha bir "aksiya" keçiriblər.
Bir dəstə rusiyalı hərbçi Xankəndindəki "tarix-diyarşünaslıq muzeyi"nə ekskursiyada olublar.
Həmin aksiya zamanı rusiyalı hərbçilərə "qarabağlı ermənilərin milli-azadlıq hərəkatının tarixi" barədə danışılıb.
Təbii ki, bir dəstə rusiyalı hərbçinin "muzey"ə səfərini ermənilər video və fotokameralar vasitəsilə çəkiblər. Daha doğrusu, bu aksiyanın özü sadəcə, çəkiliş üçün nəzərdə tutulmuşdu.
Həmin "muzey" Azərbaycan ərazisində daha bir təxribatı gerçəkləşdirmək istəyən degeneratlardan savayı kimsəyə gərək deyil.
Fotolardan birində təbii ki, "tam təsadüfən" Xankəndindəki terrorçu rejimin "bayrağı" da kadra düşüb.
Belə təxribatlar hələ çox olacaq, rusiyalı sülhməramlıların müvəqqəti nəzarət arealındakı ermənilər sistematik olaraq əsəblərimizi tarıma çəkməyə çalışacaqlar.
Təxribatların arxasında kimin, hansı qüvvənin, şansı ölkənin durduğu bəllidir.
Ona görə də soyuqqanlı və təmkinli olmalıyıq.
Çünki həm düşmən, həm də düşmənə hamilik edən qüvvə məhz emosional davranmağa başlamağımızı istəyir, onu gözləyir.
Rusiyalı sülhməramlıların tamamən və bütünlüklə sülhməramsız davranışları isə Moskvanın bölgədəki planlarının reallaşmasına yönəlmiş taktika sayılsa da, əslində tam əksinə, yanlış strategiyadır.

Xankəndindəki proseslər isə Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədən, Moskvanı bölgədə əlində kökə tutmuş jandarm funksiyasını yerinə yetirən qüvvə kimi göstərir.
Bu cür dispozisiya Rusiyaya gərəkdirmi? Sualın ritorikası ağırdır.
Ümumiyyətlə, Xankəndindəki sülhməramlılar silahlı erməniləri görür, müdafiə edir, onların yeni səngərlər və mövqelər qazmasına, əldə silah dolaşmalarına hər cür imkan yaradırlarsa, hansı sülhməramlı fəaliyyətdən danışıla bilər ki.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar