Xəbər lenti
Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək - RƏSMİ
Arayik Arutyunyan
"Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək".
Manevr.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Gəncədə baş verən terror aktları zamanı 26 nəfər həyatını itirib, 173 nəfər xəsarət alıb: "Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti elan edən Arayik Arutyunyan Tvitter hesabında bu terror aktının məsuliyyətini üzərinə götürüb. Onun barəsində Cinayət Məcəlləsinin 214 və 120-ci maddələri ilə cinayət işi açılaraq, saxlanılması üçün barəsində axtarış elan edilib. İstintaq zamanı axtarışa verilən şəxs müəyyən dövr ərzində gizlənə və istintaqdan yayınmaq üçün imkanlar əldə edə bilir. Amma hüquqi dövlətlər beynəlxalq konvensiyalara əməl edərək terrorçuluğa dəstək olanların saxlanılmasına səy göstərməlidir. Bu baxımdan Arayik Arutyunyan da nə qədər gizlənsə belə sonda saxlanılacaq. Qısa müddət ərzində o və digər terrorçuların saxlanılaraq məhkəmə qarşısına çıxarılması təmin ediləcək".lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar