Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıdan Şuşaya mart ayı üçün avtobus biletlərinin satışına başlanıldı

Tarix: 11-02-2022 10:38     Baxış: 3249 A- / A+


Azərbaycanda mart ayı üçün Bakı-Şuşa-Bakı istiqamətində avtobus biletlərinin satışına başlanılıb.
Manevr.az xəbər verir ki, bilet satışı həmişəki kimi yolumuzqarabaga.az saytı üzərindən həyata keçirilib.
Xatırladaq ki, artıq fevral ayı üçün sözügedən avtobus reyslərinə biletlər tam satılıb. Mart ayı üçün isə bilet satışının bu gündən başlamasına baxmayaraq isə ayın ilk həftələrinə olan avtobus reyslərinə bilet qalmayıb.
Azərbaycanda yanvarın 24-dən Bakı, Əhmədbəyli və Bərdədən Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Şuşa istiqamətində səfərlər əvvəlcə həftədə 2 dəfə olsa da, sonradan tələbat nəzərə alınaraq reyslərin sayı 3-ə çatdırılıb. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə həftədə 2 dəfə avtobus reysləri var.
Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manatdır. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar