Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Şuşa"nı niyə "Buta" etdilər - bizə belə "KVN" gərəkdirmi?

Tarix: 22-01-2022 15:38     Baxış: 3276 A- / A+


Bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən 33-cü beynəlxalq Şən və Hazırcavablar Klubu (ŞHK) - "KVN" adlandırılan yarışla bağlı yaşanan biabırçı olay ölkəmizdə ciddi rezonans doğurmaqla yanaşı, geniş müzakirələrə yol açıb. Biabırçılıq da ondan ibarətdir ki, Azərbaycan komandası festivalın birinci turunda "Şuşa" adı ilə təmsil olunsa da, ikinci turda adı dəyişdirilib "Buta" olub. Bəlli olmayan "rebrendinq" baş verib və "Şuşa" Buta"ya çevrilib. Yayılan xəbərlərə görə, "KVN" komandası məhz Aleksandr Maslyakovun tələbi ilə bu addımı atıb. Daha dəqiq desək, ermənilərin narazılığı ilə yarış rəhbərliyi Azərbaycan komandasına adını dəyişməyi təklif edib və komanda da dərhal bu tələb qarısında təslim olub.
Niyə və hansı səbəbdən "Şuşa" yox, "Buta"?
Maraqlı olan odur ki, nədən soydaşlarımız Şuşadan imtina ediblər? Sual yaranır: niyə və hansı səbəbdən? Axı, Şuşa, eləcə də bütün Qarabağ əraziləri daxil beynəlxalq hüquqda da, tarixi sənədlərdə də Azərbaycanın əzəli torpaqları kimi tanınır. Əgər həmin reallıq mövcuddursa, kimlərinsə yersiz tələblərinə görə bu addan nəyə görə inkar edilsin ki?
Erməni icmasının təzyiqləri əsas olub
Aparılan araşdırma nəticəsində müəyyən olnub ki, adın dəyişdirilməsində Soçidəki erməni diasporası və "AMiK" televiziya yaradıcılıq birliyinin güclü təzyiqləri nəticəsində baş verib. Hətta məsələ qəti şəkildə onların qarşısına qoyulub - ya adı dəyişirsiniz, yada ki festivalı tərk edirsiniz. Təəssüf ki, bizim komanda da birincisini seçmək qərarına gəlib. Halbuki, komandanın düşəcəyi liqadan asılı olmayaraq gələcəkdə "Şuşa" adı ilə də iştirak edə biləcək. Bəs bu nədir? Belə də təhqir olar? Yəni, "Şuşa", "Buta", sonra da yenə "Şuşa". Belə olduqda bəlkə "Qarabağ" futbol klubunun da adını dəyişək? Axı erməniləri bu ad da özündən çıxarır.
Bu, tək komanda üzvlərinin deyil, bütövlükdə xalqımıza təhqir deməkdir
Düzdür, komandamız festivalın ikinci turuna keçib və oradan uzaqladırılmaq yaxşı olmazdı. Lakin indiki halda adın dəyişdirilməsi tək komanda üzvlərinin, bütövlükdə Azərbaycan xalqını təhqir etməkdən başqa bir şey deyil. Sona kimi öz mövqeyində qalmaq, Şuşanın qədim Azərbaycan torpağı olduğunu sübut etmək lazım idi və qapını çırpıb ölkəyə dönmək gərək idi. Adı isə heç bir halda dəyişmək lazım deyildi. Heç bir halda. Bəli, əsgərlərimiz Şuşanı azad edərək onnun üçün ölmədilər ki, ermənilərlə həmfikir olan KVN rəhbərləri komandanın adı ilə bağlı bizə öz şərtlərini diktə etsinlər. Bəs görəsən festivalın təşkilatçıları Azərbaycan komandasının adının dəyişdirilməsini tələb edərək əllərində nəyi rəhbər tutdular?
KVN rəhbərlərində ermənilərin diktəsi ilə formalaşan fərqli baxış bucağı var?
Hər halda rəsmi səviyyədə Moskva Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, bütün dünya Qarabağın Azərbaycanın ərazisi, Şuşanın isə onun mirvarisi olduğunu qəbul edir. KVN rəhbərlərində isə belə çıxır ki, ermənilərin diktəsi ilə formalaşan fərqli baxış bucağı var? Bu, birincisi, dövlətlərarası qalmaqaldır. İkincisi, nəticələrindən asılı olmayaraq, bundan sonra Azərbaycanın heç bir komandası bu şounun sahibləri ölkəmizdən açıq şəkildə üzr istəməyincə bu tamaşada iştirak etməməlidir. Bu da məntiqlidir - niyə sizə belə hörmətsizlik göstərənlərlə bərabər oynayırsınız? Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ili Şuşa şəhəri ili elan edib. Şuşa Azərbaycan şəhəridir. Festivalın təşkilatçıları bunu bəyənə də, istəməyə də bilər, amma bu, faktdır. Bəli, indi Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmenti indi Soçidə baş verənlərdən vəcdə qalıb. Yaxşı, əgər bu, onların 44 günlük müharibədə tapdalanan qürur və ləyaqəti üçün zəruridirsə, onda sağlıqlarına qismət. Əsas bu deyil, əsas Qarabağı və onun simvolu olan Şuşanı Azərbaycan ordusunun azad etməsidir.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar