Xəbər lenti
Şuşa və Ağdama bilet qiymətləri açıqlandı - VİDEO
“24 yanvardan etibarən Qarabağ istiqamətinə səfərlər üçün biletlərin qiymətləri artıq müəyyən edilib”.
Manevr.az-ın məlumatına əsasən, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.
O bildirib ki, Bakı-Şuşa-Bakı üzrə bir istiqamət üçün bilet qiyməti 10 manat 40 qəpik təyin edilib.
“Bakı-Ağdam 9,40 AZN, Əhmədbəyli-Şuşa istiqamətinə 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa 6 manat olaraq təyin edilib”, deyə o əlavə edib.
Anar Rzayev bildirib ki, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər marşrutlar üzrə isə həftədə 2 dəfə həyata keçiriləcək.
“Füzuli Beynəlxalq Hava limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Biletlər əvvəlcədən alınacaq. Avtobuslar Beynəlxalq Avtovağzaldan yola düşəcək. Digər istiqamətlər isə Bərdədən və digər avtovağzallardan həyata keçiriləcək”.
Onun sözlərinə görə, bütün şəxslərə il ərzində yalnız bir dəfə gediş imkanı veriləcək.
“Xüsusilə qeyd edim ki, şəhid ailələri üzvləri, Vətən müharibəsi iştirakçıları, milli qəhrəmanlar üçün gedişlər ödənişsiz olacaq. Bilet satışları ilə bağlı xüsusi imtiyazlı şəxslərə 10 faiz güzəştlər tətbiq edilir. COVID-19 pasportu yoxlanılacaq”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar