Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu deyən Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha etiraf edib. Özü də qısa və konkret şəkildə. Paşinyandan daha bir etiraf isə Qarabağın son statusunun dəqiqləşdirilməsi ilə bağlı olub. Ermənistanın baş naziri bu məsələnin Azərbaycan Konstitusiyası əsasında baş verməli olduğunu bildirib.
"Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda və bununla bağlı danışıqlara başlamaqda maraqlıdır".
Manevr.az Xəzər TV-yə istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə ötən gün keçirdiyi mətbuat konfransında danışıb.
Ermənistanın baş naziri bir daha Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Paşinyan danışıqlar prosesi ilə rəqiblərinin ona qarşı irəli sürdüyü ittihamlarla bağlı bir sıra mətləblərə aydınlıq gətirib. Paşinyan xüsusilə 2016-cı ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağa aralıq statusu verilməsi təklifinə aydınlıq gətirərək deyib ki, erməni tərəfi bunu fəal şəkildə təbliğ və reklam etdi.
Paşinyan deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb. Baş nazir qeyd edib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin xeyrinə getməyib və o bunda öz sələflərini günahlandırıb. Nikol Paşinyan deyib ki, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün "faciəvi" olub.
Nikol Paşinyan qeyd edib ki, dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. O, sammit çərçivəsində Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirib.
Ermənistanın baş naziri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə də danışıb. Bildirib ki, görüşün baş tutması xüsusi nümayəndələr tərəfindən aparılan danışıqlar prosesinin nə dərəcədə uğurlu keçməsindən asılıdır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar