Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusu Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirib - ŞƏKİLLƏR

Tarix: 16-12-2021 19:14     Baxış: 3461 A- / A+


Əlahiddə Ümumqoşun Orduda bölmələr tərkibində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib.
Bu barədə "ölkə.az" Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir.
Plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb.
Müasir ümumqoşun döyüşünün planlaşdırılması, aparılması və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə döyüş uzlaşmasına nail olunması məqsədilə motoatıcı və mexanikləşdirilmiş bölmələr dronlarla, tanklar və tank əleyhinə vasitələrlə gücləndirilib, minaatanların atəşi ilə dəstəklənib.
Yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirən bölmələrimiz tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində və yaxın dərinliyində yerləşən atəş vasitələri, canlı qüvvəsi və zirehli texnikası məhv edilib.
Döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə nail olunub.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar