Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Şuşa Bəyannaməsi iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə genişlənməsini təmin edir"

Tarix: 14-06-2024 20:15     Baxış: 3153 A- / A+


2021-ci il 15 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələsini rəmzi olaraq ifadə edir. Bu tarixi sənəd iki dövlət arasında mövcud olan qardaşlıq əlaqələrini daha da möhkəmləndirdi. 

Bu sözləri Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlığı bütün dünyaya bəyan edən güclü bir mesajdır. Bu sənədin imzalanması ilə hər iki ölkə qarşılıqlı əlaqələrini müttəfiqlik səviyyəsinə qaldıraraq regional təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayacaqlarını göstərdi. Bəyannamə Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə yol açaraq, qlobal miqyasda nüfuzlarını artırmağa xidmət edir. 

Şuşa Bəyannaməsi iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə genişlənməsini təmin edir. Sənəd, siyasət, beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, təhsil və ordu quruculuğu kimi strateji sahələri əhatə edir. Bu sahələrdəki əməkdaşlıq regionda dayanıqlı inkişafı təmin etməklə yanaşı, ölkələrimiz arasındakı əlaqələrin davamlı və daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir. 
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan yaradır. Bu sənəd regionda yeni sərmayə qoyuluşlarını stimullaşdırmaqla, iqtisadiyyatın inkişafını və yeni iş yerlərinin yaranmasını təşviq edir. Xüsusilə Şuşa və onun ətraf bölgələrinin turizm potensialı genişləndiriləcək, bu da iqtisadi inkişaf üçün yeni perspektivlər açacaqdır. Qarşılıqlı investisiyaların artırılması, hər iki ölkənin iqtisadi qüdrətinin daha da güclənməsinə və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq", deputat qeyd edib.

Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar