Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalıda arxeoloji park yaradılacaq - ŞƏKİL

Tarix: 26-02-2024 14:58     Baxış: 4136 A- / A+

Xocalıda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən və erməni işğalı zamanı ağır zərbələrə məruz qalmış abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir. Əsasən “Böyük Kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir. Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarix elmində yeni səhifə açacaq. Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir.
Manevr.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar. Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib. Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli tarixi faktları aşkara çıxaracaq.
Xocalıda “Bakı Abadlıq Xidməti”nin tikinti-quruculuq işləri zamanı, ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız faktı olan Xocalı soyqırımı barədə məlumat alacaqlar.
Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək Xocalı arxeoloji parkı yeni formatda təqdim ediləcək, eyni zamanda, Qarabağın zəngin tarixi keçmişinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işində ən böyük layihə olacaq. Arxeoloji park sübut edəcək ki, Xocalı təkcə yeni inzibati ərazi deyil, tarixi min illərə söykənən qədim yaşayış məskənidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar