Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın seçimi qalmadı - Zəngəzurla bağlı şərtlər dəyişir

Tarix: 21-12-2023 11:57     Baxış: 4170 A- / A+



Manevr.az bildirir ki, politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Vaşinqtonda nazirlərin görüşü keçiriləcək. Sizcə ABŞ bu dəfə konstruktiv olacaqmı? Bu mərhələdən nə gözləmək olar?
- Yanvarda görüşün keçirilməsinin nə qədər dəqiq olduğunu demək çətindir. Çünki bu gün regionda vəziyyət elə bir səviyyəyə gəlib çatıb ki, yanvar ayında Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı Paşinyanın xüsusi səfiri Marukyan açıqlama versə də, ardınca bu informasiya məhz Ermənistan mediası tərəfindən təkzib olundu. Bu faktın özü də göstərir ki, heç də hər şey düşünüldüyü kimi rəvan deyil. Çünki bu açıqlama veriləndən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə bir görüşün tezliklə keçirilməsinə Rusiyanın hazır olduğunu bəyan etdi. Moskva dolayısı ilə bəyan edirdi ki, bu müharibəni 2020-ci ildə konkret 10 noyabr sənədi ilə bitirən Rusiyadır. Belə olduğu təqdirdə əgər sülh olacaqsa, 10 noyabr sənədi kontekstində başqa beynəlxalq qlobal güclərin paytaxtlarında deyil, Rusiyanın paytaxtında həll olunmalıdır. Verilən mesaj bu idi. Ona görə bunun ardınca bu informasiya təkzib olundu. Əgər yenidən belə bir görüş həqiqətən də hər iki dövlətin razılığı ilə Vaşinqtonda keçiriləcəksə, bu, yenidən iki dövlət, daha doğrusu, qlobal güclər arasında yeni mübarizə predmetinə çevriləcək ki, bu da sülh müqaviləsini çətinləşdirən məsələdir.
- Bəs Rusiya platforması?
- Azərbaycan Rusiya platformasından da imtina etməyib. Ermənistan da birmənalı olaraq bu platformadan imtina etdiyini bəyan etmir. Ancaq Rusiyanın tədbirlərində iştirak edir. Sadəcə olaraq səssiz qalmaqla buna etiraz edir. Rəsmi olaraq belə bir etiraz mövcud deyil. Hesab edirəm ki, Rusiyada prosesdən imtina etmədiyi üçün bu məsələ hələ də ciddi sual olaraq havadan asılı vəziyyətdə qalıb. Ayrıca, bundan başqa Vaşinqtonun məsələlərə baxışı ilə bağlı hansı səviyyədə geriyə addım atdığı hələlik bəlli deyil. ABŞ dövlət katibinin müavini Obrayn Azərbaycan Prezidenti ilə danışıqların konstruktiv keçdiyini bəyan etdi. Ancaq demədi ki, ABŞ-ın Azərbaycan, Ermənistan sülh müqaviləsi, onun şərtləri və Qarabağla bağlı münasibəti dəyişməyib. ABŞ üzərinə öhdəlik götürübmü ki, bir daha "Qarabağdan zorla çıxarılan ermənilər" ifadəsini işlətməyəcək. Eyni zamanda, Rusiya qoşunlarının hərbi kontingentinin Qarabağdan çıxarılması yerinə ABŞ qoşunlarının gətirilməsi iddiası ilə çıxış etməyəcək. Belə bir açıqlama yoxdur. Sadəcə ABŞ-ın dediyi ondan ibarətdir ki, sülh müqaviləsi tez imzalansın və bu yolda ABŞ töhfə verməyə davam edəcək. Əlbəttə, ABŞ maraqlıdır ki, belə bir görüş onun patronajlığı ilə Vaşinqtonda keçirilsin. Tezliklə də sülh müqavilə imzalansın.
Görünən odur ki, iki məqsəd var. Birincisi gələn ilin noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək ki, Burada da Bayden hökuməti kiçik də olsa, ən azı geosiyasi uğurlara ehtiyacı var. İkinci bir məsələ isə Rusiya-Qərb qarşıdurması kontekstində sülh müqaviləsi imzalanarsa tədricən Qərb dünyası Rusiya Ermənistanda güclənməklə, yerləşməklə İrəvanın müəyyən təhlükəsizliyini təmin etməklə Rusiyanın gələcək perspektivdə Ermənistandan və bütövlükdə Cənubi Qafqazdan sıxışdırmaqdan ibarətdir. Ona görə də bu cür iki hədəflər kontekstində hələlik ABŞ-ın Azərbaycana yönəlik hansı güzəştlərə gedəcəyi və yaxud da ki, ən azı neytrallığı, bitərəfliyi gözləyəcəyi ilə bağlı hər hansı bir zəmanət yoxdur. Olsaydı, ABŞ-ın yeni səfir təyinatından sonra Azərbaycan xörəklərinin dadına baxmaqdansa, ən azı Şuşaya ziyarət edərdi. Bu Qarabağla bağlı çox ciddi bir münasibət olardı. Bunu görmədik.
Azərbaycan ictimaiyyətinin başını qatmaq üçün bir neçə Azərbaycan ifadəsi işlədilir. Azərbaycan xörəkləri təriflənir. Siyasi anlamda Azərbaycana münasibətdə ciddi bir dəyişikliyi görmürəm. Sülhün yolu bəllidir. Gürcüstana getməyə ehtiyac yoxdur. Sərhəddə görüşüb, oturub danışa bilərlər. Ən azından görüşdülər, danışdılar və çox ciddi bir məhbus məsələsini həll etdilər. Məsələlərin içərisinə hər hansı bir geosiyasi maraqları əlavə etmədən həll etmək mümkündür. Vaşinqtonda görüşə ehtiyac yoxdur. Çünki Vaşinqtondakı görüş Rusiyanı yenidən bu prosesə ciddi mənada müdaxiləsini təsdiqləyəcək. Bu da hər zaman sərhəddə yeni təxribatlar potensialı deməkdir.
- Ermənistan tərəfi bəyanatlar verir ki, yolları açmağa hazırıq və prosedura da sadələşdirə bilərik. Azərbaycan hansı mövqedə Ermənistanla razılaşa bilər?
- Azərbaycanı əsas maraqlandıran məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Son zamanlar Azərbaycan rəsmiləri tərəfindən dəhliz ifadəsi işlədilmir. Ancaq bu ifadəni işlətməsə də istəkləri bunu həyata keçirməkdir. Azərbaycan bu gün Ermənistandan tələb edir ki, qarşılıqlılıq prinsipi ilə bu kommunikasiyalar açılsın. Bu da ondan ibarətdir ki, Azərbaycan öz vətəndaşının və daşınan yüklərin heç bir gömrük və sərhəd yoxlaması olmadan, yəni asanlaşdırma yolu ilə rahatlıqla Ermənistan sərhədindən keçib Naxçıvana çatsın. Bunu da qarşılıqlı prinsipi ilə təklif edir. Çünki bu cür münasibət Azərbaycanın vətəndaşlarına, yük maşınlarına tətbiq olunacaqsa, eyni şeyi Ermənistandan gələn bütün yüklərə və vətəndaşlara Azərbaycan sərhədində tətbiq olunacaq. Azərbaycan bunu birtərəfli qaydada tələb etmir. Azərbaycan eyni münasibəti Ermənistana yönəlik qarşılıqlı prinsip çərçivəsində təklif edir. Bu da çox ədalətlidir. Avropa Birliyinin, ABŞ-ın istədiyi tələb də bundan ibarətdir. Azərbaycan bundan imtina etmir. Sadəcə burada bir asanlaşdırmadan söhbət gedir ki, bu da real təcrübə də var. Ermənistanın daxil olduğu Avrasiya İqtisadi Birliyi mövcuddur. Bu birliklər çərçivəsində bütün sərhədlərdə gömrük postlarında asanlaşdırma metodikası tətbiq olunur ki, keçidləri daha da sürətləndirsinlər və zaman itkisinə ehtiyac qalmasın. Belə bir praktika təcrübə var. Azərbaycanın istədiyi də bundan ibarətdir. Düşünürəm ki, bu, Ermənistan üçün hər hansı bir problem yaratmır.
Bakı öz problemini yəni Azərbaycanı Naxçıvanla birləşdirəcək yol məsələsini İranla həll edib. Yaxın günlərdə Rəşt-Astara dəmir yolu ilə bağlı Azərbaycan-İran arasında konkret razılaşma məsələsi başa çatacaq. Yəni məsələlər bitir, qatar gedir. Ermənistan və onu müdafiə edən ABŞ, Avropa birliyi kimi havadar güc mərkəzləri istəyirlər ki, bu prosesdə müəyyən mənada iştirak etsinlər. Onda buyursunlar Ermənistanı razı salsınlar. Maliyyə versinlər bütün nəqliyyat sistemi ərsəyə gəlsin. Bunun alternativi yoxdur. Əks təqdirdə də bu Azərbaycanı yox, Ermənistanı maraqlandıran məsələdir. Bu məsələdə Azərbaycan Ermənistanın üzərinə getmir. Ermənistan hər zaman bəyan edib ki, biz hazırıq. Ancaq sözdə yox, Ermənistanın nə etdiyinə baxmalıyıq. Çünki qarşımızda etimad göstərilə bilməyən dövlətcikdən söhbət gedir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar