Xəbər lenti
Xocalıya nə vaxt qayıdacağıq? – Politoloq “açara” işarə etdi
Azərbaycan xalqının qan yaddaşında ən dəhşətli səhifələrdən olan Xocalı soyqırımından 31 il ötür. Artıq 3 ildir Xocalının ildönümünü qalib ölkə kimi anırıq, lakin hələ də bu ərazilərimizə gedə bilmirik.
Bəs Xocalının nəzarətimizə keçməsi niyə bu qədər uzanır?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu bildirib ki, bunun əsas səbəbi yekun sülh müqaviləsinin imzalanmamasıdır:
“Azərbaycan ərazilərinin bir hissəsində Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Ərazimizin təxminən 5%-i onların nəzarətindədir. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmadığı üçün Azərbaycan vətəndaşları Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə daxil ola bilmirlər. Müstəsna hallarda isə sadəcə rus ordusunun nəzarəti altında daxil oluruq.
İndi sülh sazişinin hazırlanması və imzalanması prosesi gedir. Bu proses iki mərkəzin iştirakı və nəzarəti altında aparılır. Həm Avropa – Qərb, həm də Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı prosesdə iştirak edirlər. Asan deyil, amma bu baş verəcək, sadəcə, bir qədər zaman və iş tələb edən məsələdir.
Xocalı soyqırımı əsla unudulmamalı, bu faciəvi hadisə və cinayətin hüquqi, mənəvi qiymətini alması üçün işlər davam etdirilməlidir”.
Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandıqda Xocalının da taleyinə aydınlıq gətiriləcək:
“O torpaqlara da qayıtmaq mümkün olacaq. Amma dediyim kimi, bu, çox mürəkkəb prosesdir və zaman alacaq”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar