Xəbər lenti
Xocalı faciəsindən üç gün sonra çəkilmiş nadir fotoşəkillər
Fuad Hacızadə
Bu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.
1991-2007-ci illərdə Ekologiya İnstitutunun direktoru olmuş həmsöhbətimiz o günləri belə xatırlayır: “Xocalıdakı çəkilişlər Müdafiə Nazirliyinin tapşırığı əsasında aparıldı. O vaxt Ekologiya İnstitutu Milli Aerokosmik Agentliyinin (MAKA) nəzdində fəaliyyət göstərirdi. Demək olar ki, respublikada bütün aerofotoçəkiliş işləri bizə həvalə olunmuşdu. Biz bu təklifi araşdırdıq və bildirdik ki, helikopterlə adi fotoaparatla bu şəkilləri çəkmək daha faydalı, tez və operativ olar. Ona görə də Müdafiə Nazirliyindən bizə helikopter verildi. Həmin gün hərbi helikopterdə üç nəfər idik. O dəhşəti helikopterin pəncərəsindən görəndə nitqimiz tutuldu. O vəhşiliyə ad vermək qeyri-mümkün idi...”.
F.Hacızadə deyib ki, həmin vaxtı şəhərin bir neçə rakursdan şəkillərini çəkiblər: “Çəkiliş aparmaq təhlükəli olduğundan biz əsasən vacib məqamları lentə ala bildik, çünki düşmən hər an helikopteri vura bilərdi. Saat yarım ərzində müəyyən çəkilişlər apardıq və qayıdandan sonra mövcud laboratoriyamızda həmin şəkilləri çap etdik. O şəkillərin bir hissəsi Müdafiə Nazirliyinə verildi, qalan şəkilləri özümüzdə saxladıq və bu şəkillər o vaxtdan bəri heç bir yerdə göstərilməyib”.
Alim bildirib ki, bu fotoşəkillərin çəkilməsinin əsas məqsədi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri, eləcə də dağıntıları aşkar etmək və gələcəkdə sübut kimi göstərmək idi
O zaman keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu söyləyən həmsöhbətimiz deyib ki, çəkilişlər zamanı Xocalıda ermənilər tərəfindən böyük dağıntıların şahidi olublar. “Mənfur düşmən bir tərəfdən bizim vətəndaşlarımızı soyqırımına məruz qoymuşdu, digər tərəfdən isə binaları, evləri, məktəbləri dağıtmışdı. Bütün bunlar eyni vaxtda qəddarlıqla, amansızlıqla aparılmışdı. Bəzi yerlərdə artıq binalar tamamilə dağıdılmışdı. Dağıntıların miqyası olduqca böyük idi. Açığını deyim ki, hər dəfə o günlərə qaydanda əzab çəkirdim. Lakin 2020-ci ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbəsindən sonra toxtaqlıq tapmışam. Tarixi Qələbəmizdən sonra bu fotoşəkillərin yayılmasını düşünürdüm. Bu düşüncə məni AZƏRTAC-a gətirib çıxartdı”, - deyə o vurğulayıb.
Fuad Hacızadənin sözlərinə görə, azərbaycanlıların Xocalıda çəkiliş aparacağı erməni hərbi birləşmələri üçün də gözlənilməz olub. Yoxsa buna imkan verməzdilər: “Biz əraziyə qəfil daxil oduq, şəkilləri çəkib tez də geri qayıtdıq. Xocalıdan geriyə qalan 10 şəkil şəhərin planlı şəkildə yer üzündən silinməsinə bu gün şahidlik edir”.
Haqqında məlumat verəcəyimiz şəkillər 31 il bundan əvvəl Xocalı faciəsindən cəmi üç gün sonra elə Xocalıda fotolentin yaddaşına köçürülüb. Onda artıq ermənilər öz havadarlarının köməkliyi ilə azərbaycanlılara qarşı əsrin faciəsini törətmişdilər, lakin bu, son deyildi. Axı, kimin ağılına gələrdi ki, bu insan qanına susamış cəlladlar, həm də Xocalını yer üzündən birdəfəlik silmək niyyətində idilər. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Deməli, erməni cəlladları Xocalıda təkcə günahsız insanları öldürmədilər, həm də bu yurdun daşını-daş üstə qoymadılar. Bunu Xocalı soyqırımından 72 saat sonra çəkilmiş fotolar da təsdiq edir.
Bu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.
1991-2007-ci illərdə Ekologiya İnstitutunun direktoru olmuş həmsöhbətimiz o günləri belə xatırlayır: “Xocalıdakı çəkilişlər Müdafiə Nazirliyinin tapşırığı əsasında aparıldı. O vaxt Ekologiya İnstitutu Milli Aerokosmik Agentliyinin (MAKA) nəzdində fəaliyyət göstərirdi. Demək olar ki, respublikada bütün aerofotoçəkiliş işləri bizə həvalə olunmuşdu. Biz bu təklifi araşdırdıq və bildirdik ki, helikopterlə adi fotoaparatla bu şəkilləri çəkmək daha faydalı, tez və operativ olar. Ona görə də Müdafiə Nazirliyindən bizə helikopter verildi. Həmin gün hərbi helikopterdə üç nəfər idik. O dəhşəti helikopterin pəncərəsindən görəndə nitqimiz tutuldu. O vəhşiliyə ad vermək qeyri-mümkün idi...”.
F.Hacızadə deyib ki, həmin vaxtı şəhərin bir neçə rakursdan şəkillərini çəkiblər: “Çəkiliş aparmaq təhlükəli olduğundan biz əsasən vacib məqamları lentə ala bildik, çünki düşmən hər an helikopteri vura bilərdi. Saat yarım ərzində müəyyən çəkilişlər apardıq və qayıdandan sonra mövcud laboratoriyamızda həmin şəkilləri çap etdik. O şəkillərin bir hissəsi Müdafiə Nazirliyinə verildi, qalan şəkilləri özümüzdə saxladıq və bu şəkillər o vaxtdan bəri heç bir yerdə göstərilməyib”.
Alim bildirib ki, bu fotoşəkillərin çəkilməsinin əsas məqsədi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri, eləcə də dağıntıları aşkar etmək və gələcəkdə sübut kimi göstərmək idi
O zaman keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu söyləyən həmsöhbətimiz deyib ki, çəkilişlər zamanı Xocalıda ermənilər tərəfindən böyük dağıntıların şahidi olublar. “Mənfur düşmən bir tərəfdən bizim vətəndaşlarımızı soyqırımına məruz qoymuşdu, digər tərəfdən isə binaları, evləri, məktəbləri dağıtmışdı. Bütün bunlar eyni vaxtda qəddarlıqla, amansızlıqla aparılmışdı. Bəzi yerlərdə artıq binalar tamamilə dağıdılmışdı. Dağıntıların miqyası olduqca böyük idi. Açığını deyim ki, hər dəfə o günlərə qaydanda əzab çəkirdim. Lakin 2020-ci ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbəsindən sonra toxtaqlıq tapmışam. Tarixi Qələbəmizdən sonra bu fotoşəkillərin yayılmasını düşünürdüm. Bu düşüncə məni AZƏRTAC-a gətirib çıxartdı”, - deyə o vurğulayıb.
Fuad Hacızadənin sözlərinə görə, azərbaycanlıların Xocalıda çəkiliş aparacağı erməni hərbi birləşmələri üçün də gözlənilməz olub. Yoxsa buna imkan verməzdilər: “Biz əraziyə qəfil daxil oduq, şəkilləri çəkib tez də geri qayıtdıq. Xocalıdan geriyə qalan 10 şəkil şəhərin planlı şəkildə yer üzündən silinməsinə bu gün şahidlik edir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar