Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Şifahi qərar verilib, bu baş verərsə, Qarabağ Cavaxka çevriləcək" - Oskanyan

Tarix: 24-02-2023 17:49     Baxış: 3261 A- / A+

“Onlar artıq şifahi qərar veriblər, bu baş verərsə, Qarabağ Cavaxka (Gürcüstanda ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsi – red.)  çevriləcək”.
Manevr.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Ermənistan hakimiyyəti artıq şifahi şəkildə, bəzi yerlərdə isə sənədlərdə razılığa gəlib. Məsələn, Praqa sənədində razılaşıb ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır və qalacaq. Bu, həqiqətən çox təhlükəli bir fenomendir.
Bütün bunlar sülh müqaviləsi imzalananda öz təsdiqini tapacaq. Bu gün diplomatik sahədə baş verənlər bu vəziyyəti ört-basdır edir. Qazaxıstan Azərbaycan və vasitəçilərlə əməkdaşlıq edərək Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun bir hissəsi kimi tanıyır.Sonra da buna elə bir görüntü verməyə çalışır ki, bu da məhz bu vəziyyətin göstəricisidir. Bu gün o diplomatik iş gedir, niyə də olmasın.
Əlbəttə ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını gizlətmək çətin olacaq. Qarabağ erməniləri və Bakı nümayəndələri arasında dialoq olacaq. Bu da belə bir təəssürat yaradacaq ki, Qarabağ xalqının hələ də öz müqəddəratını təyin etmək imkanı var və sanki bu pəncərə açıq qalacaq. Müqavilə həqiqətən mənim təsvir etdiyim məzmunla imzalanıb, “Arsax” Cavaxka çevriləcək. Bu gün bizim Cavax erməniləri olduğu kimi, Qarabağ erməniləri də olacaq”,- deyə Oskanyan bildirib.konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar