Xəbər lenti
Ruben Vardanyanın Xankəndidə çin olmayan arzuları...
"Mən burada işləyəcəm, burada qalacam. Hər şeyə görə cənab "Prezident"ə təşəkkür edirəm. Baxmayaraq ki, həqiqətən də müxtəlif yanaşmalarda ziddiyyətlərimiz var, lakin ümumi fikir ondan ibarətdir ki, keçmədiyimiz “qırmızı xətlər” var."
Manevr.az erməni mediasına istinadən bildirir ki, bunu qondarma rejimin "vəzifədən" qovulan "dövlət naziri" Ruben Vardanyan "hökumət"in iclasında deyib.
Vardanyan həmçinin qeyd edib ki, “İlk növbədə, cənab "prezidentə" mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Mənim üçün bu, böyük təcrübə oldu. Mən onilliklərdir ki, "Artsaxa" gəlirəm, mənim böyük əlaqələrim var idi, lakin sentyabrın əvvəlində uçurumun kənarında dayandığımızı hiss etdiyim üçün buraya gəldiyimi elan etdim. Özümü "vətənimizi" xilas etmək üçün nə lazımdırsa edən hərbçi kimi qəbul edirəm. Bu dəvəti alanda mənim üçün gözlənilməz oldu, çünki özümə söz vermişdim ki, dövlət işinə getməyəcəm, amma başa düşdüm ki, sözümün sahibiyəmsə, "vətənimi" müdafiə etməyə gedirəm, “istəyirəm istəmirəm, bacarıram, edə bilmirəm" sözü ola bilməz."
"Vəzifədən" nəyə görə qovulduğuna da Vardanyan "aydınlıq" gətirib: "Mən niyə istefa vermədim? Çünki, əsgər olduğumu düşünürdüm - təqaüdə çıxa bilmirəm. Lazım gələrsə, "Ali Baş Komandan" məni işdən azad etməlidir",- deyə bildirən keçmiş "dövlət naziri", "kənardan təzyiq həqiqətən çox böyük idi. "Artsaxda" qalmağım üçün təzyiq var, amma qeyd edim ki, nəinki getməyəcəyəm, həm də özümü Artsaxdan kənarda təsəvvür edə bilmirəm", sayaqlamasını da unutmayıb.
Sonda "bizi diz çökdürmək, sındırmaq ümidində olan Azərbaycan yanıldı, gördü ki, biz daha birləşmişik, hətta, biganəlik təzahürləri də aradan qalxıb", deyə Vardanyan özünə təsəlli də verib.
Nigar Nəriman
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar