Xəbər lenti
Laçında mühüm iclas keçirildi
Manevr.az report-a istinadən xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.
İclası giriş sözü ilə açan İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramının tədbirlər planında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 tədbirin əsas, 25 tədbirin digər icraçı qurumu kimi müəyyən olunub.
Qeyd olunub ki, nazirlik bu tədbirlərin icrası istiqamətində azad edilən ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq ümumilikdə 66 hektara yaxın sahədə 46 mindən çox ağac tingi əkilmiş, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın quraşdırılması işləri, eləcə də Zəngilan rayonunda “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə 2022-ci ilin 19-20 oktyabr tarixlərində 33 baş ceyranın Cəbrayıl rayonu ərazisinə buraxılması tədbiri həyata keçirilib
Həmçinin 2022-ci il ərzində Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına 408 000, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 000 fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb. Nazirlik tərəfindən reintroduksiya və su bioresurlarının artırılması layihələrinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.
İclasda AMEA-nın tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutları tərəfindən aparılmış bioloji, radioekoloji, mikrobioloji monitorinqlərin nəticələri haqqında, o cümlədən Laçın rayonunun bioloji müxtəlifliyi, flora və faunası, Azərbaycanın “Qırmızı kitab”ına düşən və arealları içərisində Laçın rayonunun da olduğu növlər haqqında ümumi məlumat verilib.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı və qiymətləndirilməsi işləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrin ekoloji ekspertizası sahəsində, kənd təsərrüfatı sahəsində, bərk məişət tullantılarının idarə olunması sahəsində görülən işlər haqqında məlumat verilib.
Sonda Laçın rayonunun ekoloji durumu müzakirə olunub, bu sahədə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
Tədbirdən əvvəl İşçi Qrup üzvlərinin iştirakı ilə Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına qızıl xallı forel balıqları buraxılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar