Xəbər lenti
"Sabah "Arsax"ın və Ruben Vardanyanın aqibəti bəlli olacaq" - Erməni mediası
Qarabağ separatçılarının başçısı Araik Arutyunyan müraciətində Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad edilməsinin zəruriliyindən danışacaq.
Manevr.az xəbər verir ki, bu barədə erməni mediası mənbələrə istinadən məlumat yayıb.
Üç aya yaxındır ki, “mühasirə”də olan Qarabağın taleyi qaranlıq olaraq qalır və nə vaxt açılacağı məlum deyil. Mətbuat nəşrlərini və politologiya dairəsinin təhlillərini izləsək, Araik Arutyunyanın sabahkı müraciətindən çox şey asılıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Araik Arutyunyanın fevralın 23-də Qarabağ xalqına müraciət edəcəyi bildirilmişdi. Əldə etdiyimiz məlumata görə, Arutyunyan Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad edilməsinin zəruriliyindən danışacaq.
Müraciət günortadan sonra Araik Arutyunyanın Facebook səhifəsində dərc olunacaq.
Əldə etdiyimiz məlumata görə, Arutyunyanın komandası vəziyyəti və həll yollarını video və ya mətn variantında necə düzgün təqdim etmək məsələsini ciddi şəkildə müzakirə edib.
Buna baxmayaraq, Arutyunyanın çıxışını daha təsirli şəkildə təqdim etmək üçün videomüraciət hazırlamaq qərara alınıb.
Beləliklə, sabah günortadan sonra Qarabağı hansı aqibət gözlədiyi bəlli olacaq. Və vacib suallardan birinə cavab veriləcək: Ruben Vardanyan dövlət naziri postunu tərk edir, ya yox”, – deyə media bildirib.konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar