Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vardanyanın "istefası" reallaşır

Tarix: 21-02-2023 11:06     Baxış: 4246 A- / A+

Azadlıq Radiosunun erməni xidməti - "Azatutyun" yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhendə keçirilən təhlükəsizlik konfransında verdiyi bəyanatın ardınca Qarabağın separatçı siyasətçiləri arasında "dövlət naziri" kimi təqdim olunan Ruben Vardanyanın istefası məsələsi qızğın müzakirələrə səbəb olub.
Həmin konfransda keçirilən müzakirə zamanı prezident İlham Əliyev Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlara hazır olduğunu bildirmişdi. "Azatutyun" yazır ki, "Ermənistanın baş naziri Nikol Paşinyan da Əliyevin Ruben Vardanyana ünvanlanmış ittihamlarına reaksiya verməyib, buna baxmayaraq Qarabağda "dövlət nazirinin" istefası söhbəti "yeni vüsət" alıb.
Qarabağ müxalifətçilərindən Tiqran Petrosyan iddia edib ki, yaxın günlərdə "Qarabağ prezidenti" Arayik Arutyunyan "dövlət naziri" Ruben Vardanyanı vəzifəsindən azad edəcək və onun yerinə "baş prokuror" Qurgen Nersisyan təyin olunacaq: "Mən düşünürəm ki, Arayik Arutyunyan doğrudan da Ruben Vardanyanı yığışdıracaq və xalq arasında böyük məyusluq olacaq".Müxalifətçi iddia edir ki, bu məlumatı Qurgen Nersisyanla, Arayik Arutyunyanla və Ruben Vardanyanın özü ilə söhbətlərindən əldə edib: "Əvvəlcə Qurgen Nersisyanla söhbətim oldu. O mənə dedi ki, artıq qərar qəbul olunub və Ruben Vardanyan getməlidir. Onun hansı üsulla gedəcəyi məlum deyil. Amma o dedi ki, "gedəcək və Arayik Arutyunyan ona (Nersisyana) dövlət naziri vəzifəsini təklif edib". Tiqran Petrosyanın sözlərinə görə o, daha sonra Ruben Vardanyanla danışıb və "belə başa düşüb" ki, onun istefası məsələsi "kənardan sırınır". Amma o, bu "kənarın" hara olduğuna aydınlıq gətirməyib:
"Mən sonra Ruben Vardanyanla görüşdüm və belə başa düşdüm ki, kənardan Arayik Arutyunyana deyiblər ki, o (Ruben Vardanyan-red) getməlidir, amma özü (Arayik Arutyunyan) qalmalıdır. Mən xırdalıqlara getməyəcəyəm, çünki çox şeylərdən agah deyiləm. Bilirəm ki, Ruben Vardanyan istefaya gedəcəyini, Arayik Arutyunyanın onu işdən çıxarmalı olacağını deyib". "Azatutyun" yazır ki, bu informasiyanı hələ ki nə Arutyunyan, nə Nersisyan, nə də Vardanyan təsdiq edib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar