Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizinə aparan dəmiryolu bu tarixdə təhvil veriləcək

Tarix: 20-02-2023 16:43     Baxış: 4258 A- / A+

Horadiz-Ağbənd dəmiryolu xəttinin gələn ilin ortalarına təhvil verilməsi planlaşdırılır.
Manevr.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı deyib.Onun sözlərinə görə, dəmiryolu xəttinin keçəcəyi ərazilərin relyefinin fəqli olması qrafikə də təsir edir: "Burada tərəfdaşlarımızla çalışırıq və hər çətinliklə bağlı onlarla birlikdə həll yolu tapırıq".
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar