Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni deputat: “Ermənistan Qarabağ danışıqlarından tamamilə çıxarıldı”

Tarix: 19-02-2023 13:31     Baxış: 3258 A- / A+


Erməni deputat: “Ermənistan Qarabağ danışıqlarından tamamilə çıxarıldı”


“Həm Ermənistan, həm də Azərbaycan liderləri hesab edirlər ki, yalnız iki ölkəyə aid məsələlər üzrə danışıqlar aparmalıdırlar və Qarabağ məsələsinin burada yeri yoxdur”. 
Manevr.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan öz “Facebook” səhifəsində dünən Münxendə Ermənistan və Azərbaycan başçılarının iştirakı ilə keçirilən müzakirəni şərh edərkən yazıb.
“Münxendə keçirilən görüşlərin və müzakirələrin diqqət çəkən məqamlarından biri Əliyev və Paşinyanın ifadələrinin uyğunluğu olub.
Həm Ermənistan, həm də Azərbaycan bəyan edir ki, Ermənistan Qarabağ məsələsi üzrə danışıqlardan çıxmalıdır. 
Həm Ermənistan, həm də Azərbaycan liderləri hesab edirlər ki, onlar yalnız iki ölkəyə aid məsələlər üzrə danışıqlar aparmalıdırlar. Bu çətin şəraitdə Qarabağı Azərbaycanlaşmaya təslim etməyə bərabərdir.
Ermənistan və Azərbaycanın Qarabağın statusu ilə bağlı yanaşmaları da kifayət qədər yaxındır:
“Dağlıq Qarabağ erməniləri” və “Qarabağ erməniləri”.
Düzdür, Azərbaycan  “Dağlıq Qarabağ” ifadəsinə etiraz edir, lakin onun üçün bu, subyekt-ideoloji məsələ deyil, sadəcə olaraq Azərbaycanın inzibati ərazi bölgüsü haqqında qanunda ifadə olunmayıb.
Həm Azərbaycan, həm də Ermənistan Respublikasının hakimiyyət orqanları Qarabağ problemini status, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və ya onun beynəlxalq səviyyədə tanınması çərçivəsində deyil, “Azərbaycanda yaşayan ermənilərin hüquq və azadlıqları” çərçivəsində nəzərdən keçirirlər. 
Bu, Azərbaycanın əlində olan kart-blanşdır ki, o, Qarabağda yaşayan ermənilərin azadlıq və hüquqlarını təmin etməyə hazır olduğunu bəyan etsin və problemi həll olunmuş saysın”.
Deputat bildirib ki, Qarabağla bağlı əsas məsələlərdə Ermənistan və Azərbaycan hakimiyyətinin mövqeyi üst-üstə düşdü:
“Ermənistan hökumətinin mövqeyi göz qabağındadır:
Bu, Qarabağ məsələsi üzrə danışıqlardan tamamilə çıxarmaq, Azərbaycanın ideoloji prioritetlərini faktiki qəbul etməkdir, qalanı isə zaman və texnologiya məsələsidir.
Paşinyan hökumətinin əsas narahatlığı Ermənistan ictimaiyyətini Qarabağın təkbaşına deyil, başqaları tərəfindən təslim olduğuna inandırmaqdır.
“Başqaları altında” artıq kimin nəzərdə tutulduğu önəmli deyil: Qarabağ əhalisi, Rusiya və ya kollektiv Qərb”.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar