Xəbər lenti
Vardanyan Moskvaya çağırıldı - Xankəndidə gərginlik artır

Manevr.az modern.az-a istinadən xəbər verir ki, “Hraparak”ın məlumatna görə, bir neçə gün öncə müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya getmiş Arayik Arutyunyan Xankəndiyə qayıdıb.
Qəzet indi də Qarabağ separatçılarının qondarma “dövlət naziri” adlandırılan milyarder Ruben Vardanyanın Moskvaya getdiyini yazıb.
“Aldığımız etibarlı məlumata görə, Ruben Vardanyan hazırda Moskvavadır. Görünür, onu da “Artsax”ın daxili siyasi problemlərini müzakirə etmək və vəziyyətin həllini tapmaq üçün çağırıblar”, - deyə “Hraparak”ın məlumatında vurğulanıb.
Məlumatda qeyd olunur ki, azərbaycanlı ekofəalların Laçın yolunda ötən il dekabrın 12-dən sonra başladığı aksiya Qarabağdakı separatçıların rəhbərliyində müəyyən gərginlik yaradıb.
“Hətta Ruben Vardanyanın istefası və “növbədənkənar parlament seçkiləri” mövzusu gündəmə gəlmişdi”, - deyə qeyd edən qəzet bildirib ki, əvvəlcə Arutyunyanın, ardınca da Vardanyanın Moskvaya gizli səfər etməsi ikitərəfli dəqiqləşdirmələr üçün nəzərdə tutulub:
“Onlar Rusiyanın “Artsax”a nə dərəcədə sahib olduğunu və burada normal həyatı bərpa etmək üçün nə edəcəyini anlamaq istəyirlər. Rusiyada isə kiminlə işləyəcəklərinə, hakim piramidanın necə davranacağına, həmçinin, kimin gedəcəyinə, kimin qalacağına qərar verməyə çalışırlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar