Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sentyabr döyüşləri haqda sensasiya: Arutyunyandan etiraf

Tarix: 05-02-2023 16:11     Baxış: 4309 A- / A+



Sentyabr döyüşlərindən sonra Rusiya sülhməramlıları vasitəsilə Qarabağdan Ermənistana separatçı birliklər gətirilib.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı "Hraparak" qəzeti yayıb.
Məlumata görə, Ermənistana göndərilən dəstə Cermuk (İstisu) şəhərində yerləşdirilib. Bu birliklərə isə qondarma rejimin Təhlükəsizlik Şurasının hazırkı rəhbəri "Çolka" ləqəbli Ararat Melkumyan, "Milli Təhlükəsizlik Xidməti"nin rəhbəri Qraat Yesayan və "xüsusi təyinatlıların komandiri" Roland Aydinyan rəhbərlik edib.
Qəzet bu məlumatın sentyabrın 24-də Ermənistan rəsmiləri tərəfindən təkzib olunsa da, Araik Arutyunyanın Moskvaya getmədən öncə etdiyi çıxışı zamanı təsdiqlədiyini bildirib. Belə ki, 200 nəfərlik auditoriya qarşısında çıxış edən separatçı "lider" "sentyabr döyüşlərindən dərhal sonra Ermənistana qoşun göndərdik" sözlərindən istifadə edib. Bununla belə Arutyunyan qondarma rejimdə silahın olduğunu, amma Bakı ilə dialoqun həddən artıq vacib olduğunu sakinlərə çatdırıb.
Qəzet həmçinin ötən bazar günü keçirilən görüşün yeni detallarını da açıqlayıb. Belə ki, Arutyunyan çıxışı zamanı Ermənistan hakimiyyət nümayəndələrinin ona Qarabağla bağlı aktiv fəaliyyət apardıqlarını və beynəlxalq strukturlara müraciət etdiklərini bildirib. Lakin Arutyunyan bu prosesə inanmadığını söyləyib. Separatçı "lider" verilən bəyanatların heç bir dəyər kəsb etmədiyini vurğulayıb. Bunun üçün Ermənistanın 26 il ərzində BMT TŞ qətnamələrini icra etməməsini nümunə göstərən Arutyunyan Azərbaycan üçün də son verilən bəyanatların heç bir əhəmiyyəti olmayacağını deyib.Qeyd edək ki, keçən bazar günü keçirdiyi görüşdə Arutyunyan həmçinin Rusiya sülhməramlılarına güvənməməli olduqlarını və separatçıların Bakı ilə birbaşa danışıqlara getməli olduğunu elan edib. O, yalnız bunun sayəsində Laçın yolundakı vəziyyətin yoluna qoyulacağını bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar