Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rus İcması Laçın yolunda aksiyaya qoşuldu - Şəkillər

Tarix: 01-02-2023 13:40     Baxış: 3410 A- / A+


Rus İcması Laçın yolunda aksiyaya qoşuldu - FOTOLARAzərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar.
 
Manevr.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib.
“Aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir. Dekabrın 12-dən bəri ekofəallar və Azərbaycan QHT-lərinin təmsilçiləri ölkənin Qarabağ bölgəsində yerləşən Laçın-Xankəndi yolunda dinc aksiya keçirir, bu regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu, bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismarı və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox”, - deyə A.Lavrina bildirib.
 
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 52 gündür davam edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar