Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə 120 min erməni yaşayır? – Saxta iddia belə faş oldu

Tarix: 26-01-2023 09:46     Baxış: 3301 A- / A+

Azərbaycanın ekofəallarının və QHT nümayəndələrinin ötən ilin dekabrından başlayan aksiyası bir sıra daşları yerindən oynatdı. Artıq Ermənistan tərəfi baş verən proseslərə beynəlxalq xarakter verməyə can atır. Müxtəlif beynəlxalq təşkilatlara və dövlətlərə müraciətlər ünvanlanır. Müraciətlərin əsas qayəsini Azərbaycanı qınamaq və Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin çox çətin həyat şərtlərinin olmasına vurğu etməkidir.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O vurğulayıb ki, aksiya başlayan gündən bəri həm sülhməramlı qüvvələrin təminat və təchizat avtomobilləri hər iki istiqamətdə keçid edib, eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri də işləyir: “Bu onu deməyə əsas verir ki, aksiyanın məramına baxmayaraq, heç bir siyasi mahiyyət daşımır və dəhliz humanitar məqsədlər üçün fəaliyyət göstərir”.
İlyas Hüseynov qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından 2 il keçsə də, Laçın dəhlizi boyunca təhlükəsizlik və humanitar məqsədlər üçün istifadəyə verilən yol profil üzrə işləməyib: “Bu yol vasitəsilə həm Ermənistanın siyasiləri, parlament və hökumət üzvləri, müxtəlif silah-sursatın, minaların daşınması, diversantların bu yoldan istifadə etməsi qeydə alınıb. Ona görə də Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün hər zaman çağırış edirdi ki, yol üzərində nəzarət-buraxılış məntəqələri qurulmalıdır. Bu gün ekoloqlarımızın əsas tələbi “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına son qoymaq və ekoloji fəsadların araşdırılması üçün monitorinqdir”.
Müsahibimiz qeyd edib ki, eyni zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropaya səfəri çərçivəsində həm də rusofob siyasəti təlqin edir: “Onun Soros yetirməsi olması heç kimə sirr deyil. Vaxtilə İrəvanda yerləşən Rusiya səfirliyi qarşısında mitinqlərin təşkil olunmasının əsas tərəfdarı idi və bu mitinqlərdə xüsusi canfəşanlıq göstərirdi.
Bu gün də Ermənistan Rusiya əleyhinə siyasət yürüdür. Laçın yolunda aksiyalar başlayan gündən həm 102-ci hərbi baza qarşısında aksiyalar keçirilir, eləcə də biz İrəvanın əsas küçə və prospektlərində yürüşlərə şahidlik edirik. Rusofob siyasi cərəyanını təmsil edən şəxslər efirlərə dəvət alır, onların fikirləri geniş şəkildə tirajlanır.
Eyni zamanda Kremlin əsas adamı olan Ruben Vardanyan da həm baş verən proseslərdən öz piarı, təbliğatı üçün istifadə edir. Qarabağda 120 min erməninin yaşaması ilə bağlı saxta iddia ortaya atıblar. Bunun da əsas səbəbi 120 min nəfər üçün nəzərdə tutulan humanitar yardımın və maddi vəsaitin mənimsənilməsidir.
Təqribi hesablamalara görə, orada 25-30 min erməni yaşayır və bu gün onların çox ağır həyati şərtlərdə yaşaması ilə bağlı feyk məlumatlar, uydurmalar da təbii ki, təəssüf doğurur. Çəkilən müxtəlif foto-video görüntülərin saxtakarlığı da daim sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Çəkilən fotoların fonunda dolu ərzaq rəfləri görüntülənir. Bu da onu deməyə əsas verir ki, yalnız Azərbaycanı qınamaq, ləkələmək, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq yönündə müxtəlif addımlar atılır”.
Avropa İttifaqının Azərbaycanla bağlı qətnaməsini qeyd edən İlyas Hüseynov bildirib ki, korrupsiyaya bulaşmış avroparlamentarilər erməni lobbisinin saxta təbliğatının qurbanına çevriliblər: “Bu qüvvələr həqiqətləri bilmədən, yalnız Fransanın və Ermənistanın arqumentləri əsasında səsvermədə iştirak edirlər. Eyni proseduru biz Avropa Şurasından da gözləyirik. Amma Azərbaycan diplomatiyası bütün preventiv tədbirləri həyata keçirib və bundan sonra da keçirməlidir. Bu gün bu əsassız məsələləri ortaya atmaq, Azərbaycanı qınamaq, ölkəmizə təzyiq etmək kimi siyasət də iflasa uğrayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar