Xəbər lenti
Sülhməramlılar erməni “qanuni oğru”ları Laçın yolundan necə keçirib? – GİZLİ QAÇIŞ
Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda qalan iki erməni kriminal avtoritet gizli yolla Ermənistana keçə bilib.
Manevr.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.
“Birinci xəbər” saytının məlumatına görə, kriminal avtoritetlər 10 min dollar qarşılığında sülhməramlılar tərəfindən Ermənistana aparılıb. Lakin nə erməni “qanuni oğru”ların adları açıqlanır, nə də hansı formada çıxdıqları.
Bu iddia sual yaradır: sülhməramlılar erməni avtoritetləri hansı yolla Qarabağdan çıxarıb?
Birincisi, “qanuni oğru”lar sülhməramlı hərbçilərin formasında aksiya keçirilən ərazidən keçə bilərlər;
İkincisi, təcili tibbi yardım avtomobilində “ağır xəstə” adı ilə çıxa bilərlər;
Üçüncüsü, sülhməramlıların yük avtomobillərində gizlənərək, gedə bilərlər;
Hər üç versiya mümkündür, çünki aksiya iştirakçıları Qarabağa aparılan humanitar yüklərə, bu yükləri daşıyan sülhməramlılara yol açdıqları kimi, Qarabağdan xəstələrin Ermənistana aparılmasına da şərait yaradır, xüsusilə Qarabağdan “ağır xəstə” aparmaq adı ilə keçən təcili tibbi yardım avtomobilində yoxlamalar aparılmır. Böyük ehtimalla erməni “qanuni oğru”lar “ağır xəstə” adı ilə təcili tibbi yardım avtomobilində keçə biliblər. Xəstələrin aparılması prosesində əsas işi Qırmızı Xaç Komitəsi həyata keçirir. Kriminal avtoritetlərin keçidindən komitənin məlumatlı olub-olmadığını demək mümkün deyil, lakin istisna deyil ki, onlar öncədən “ağır xəstə” olaraq “qeydiyyatdan” keçirilib.
Ümumilikdə bu iddianın nə qədər doğru olduğunu demək çətin olsa da, Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etmək təcrübəsi şübhələri artırır. gücləndirir.publika.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar