Xəbər lenti
Xankəndidə erməni oyunu: Kimi ittiham edəcəklər?
Manevr.az xəbər verir ki, əvvəlcə əslən qarabağlı olmayan, ancaq özünü Qarabağ ermənilərinə sıramağa cəhd edən Ruben Vardanyan bir qrup xarici vətəndaşın uzun müddət sonra öz ölkələrinə yola salındığını bildirib.
Bundan sonra onun "müşaviri" Mesrop Arakelyan bildirib ki, qaz təchizatı dayandırılıb. Qazın nə səbəbdən dayandırıldığını, burada kimin günahı olması kimi incə məqamlara toxunmayıb.
Çörək sexi işlədən Alvard Gabrielyan isə deyib ki, əvvəl gündəlik 800-ə yaxın çörək bişirirmiş, hazırda isə 350-yə yaxın çörək istehsal edir. Onun iddiasına görə, qaz və işığın tez-tez kəsilməsi Əsgəran şəhərində fəaliyyət göstərən sexdə ciddi çətinliklər yaradır.
Qəribədir ki, ən böyük çörək sexlərindən birinə rəhbərlik edən Qabrielyan gündəlik 800-ə qədər çörək bişirirmiş. Onların iddialarına görə, hazırda ərazidə on minlərlə erməni yaşayır. Belə olan halda azı on min çörək istehsal olunmalıdır.
Qazın olmamasına səbəb də yerli separatçılardır. Bundan əvvəl də Azərbaycanı ittiham etməyə cəhd göstərmişdilər, amma sonradan məlum olmuşdu ki, səbəb onların özləridir.
Eyni zamanda Arutyunyan-Vardanyan qarşıdurması hələ Xankəndidə yaşayan ermənilərin başına çox müsibətlər gətirəcək. Belə görünür ki, Araikin komandası hərəkətə keçib, mümkün qədər uğursuzluq olmasında maraqlıdır. Çünki sonda bütün bunlara görə, "günah keçisi" lazım gələcək. Həmin şəxs isə Vardanyan olacaq.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar