Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan silahlanır: Müharibə təhlükəsi varmı?

Tarix: 16-01-2023 12:19     Baxış: 4293 A- / A+
Ermənistan silahlanır: Müharibə təhlükəsi varmı?


Ermənistan Hindistan və digər ölkələrdən silah-sursat tədarük edərək, orudusunu gücləndirməyə çalışır. Bu isə o deməkdir ki, Ermənistanın sülh müqaviləsi barədə düşünmək fikri belə yoxdur. Azərbaycan və Türkiyəyə qonşu olan terrorçu dövlət Ermənistanın silahlanması, qonşularına təhdid hesab edilə bilərmi?

Manevr.az-ın xəbərinə görə, Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan edərək Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan dövlət statusuna malikdir.
Hasan Oktay Hasan Oktay
Bir dövlətin potensial terrorçu dövlət adlandırılması beynəlxalq hüquq çərçivəsindədir.
“Almaniya İkinci Dünya Müharibəsini uduzduqdan sonra ordusunu dövlətə çevirdi və dediyim kimi, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququ çərçivəsində reallaşdı. Hazırda bir dövləti terrorçu dövlət elan etməklə tərksilah etmək, ordusunu ələ keçirmək mümkün görünmür. Hindistan və Avropa Birliyi dövlətlərinin Ermənistana silah satması da milli qanunvericilik çərçivəsində gündəmdədir. Eyni iradları İran da Azərbaycan üçün tutur”,- deyə Oktay qeyd edib.
Onun sözlərinə görə, bu hüquqi məsələdən daha çox siyasi mövqedir. "Burada vacib olan Ermənistanı sülhə məcbur etməkdir. Hazırda Paşinyan daxili ictimai rəyə və müxalifətə nəzarət etmək üçün silaha əl atır. Digər tərəfdən Aİ ilə əlaqə saxlayaraq sülhməramlı qüvvə adı altında sərhədlərini qorumağa çalışır. Rusiya isə Paşinyanı əldən verməmək üçün mütəmadi olaraq döyüş kartını ortaya qoyur. Ermənistan daha Qarabağda Rusiyanın himayədarlığını saxlamaq istəmir. Rusiya ilə Azərbaycanı qarşı-qarşıya gətirməyə çalışır. Azərbaycan isə Rusiya ilə üz-üzə gəlmək istəmədiyi üçün Ermənistana lazım gələrsə, müharibə edəcəyini bildirir. “Bu məqamda diplomatiya hərəkətə keçməli və Türkiyə-Ermənistan-Azərbaycan danışıqları başlamalıdır, çünki bölgəyə gələcək yeni aktorlar müharibə tərəfdarları kimi bölgədə münaqişənin olmasını istəyirlər”,- deyə Oktay qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar