Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Allaha yalvarır ki, Azərbaycan antiterror əməliyyatına başlasın - DEPUTAT

Tarix: 16-01-2023 11:48     Baxış: 4259 A- / A+


Ermənilər Allaha yalvarır ki, Azərbaycan antiterror əməliyyatına başlasın - DEPUTAT


Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin sayının guya 120 min nəfər olması barədə Ermənistan rəhbərliyinin tirajladığı yalan elə özləri tərəfindən ifşa olunub. Ermənistan parlamentinin hakim partiyadan seçilən deputatı Vigen Xaçatryan mətbuata açıqlamasında Qarabağda 120 min yox, təxminən 40 min erməninin yaşadığını bildirib. O, bu açıqlaması ilə həm baş nazir Nikol Paşinyanın, həm də separatçıların "dövlət naziri" Ruben Vardanyanın yalanlarını üzə çıxarıb.
 
Maraqlıdır ki, deputat Vigen Xaçatryanın Azərbaycanın xeyrinə işləyən etirafı nədən qaynaqlanır? Yoxsa, erməni deputatlar da rəsmi Bakının mövqeyini qəbul etməyə başlayıblar? 
 
Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı modern.az-a danışan Milli Məclisin qarabağlı deputatı Elman Məmmədov bildirib ki, ermənilər rəqəmləri şişirtməyə öyrənib, çünki saxtakarlıq onların köhnə vərdişidir:
 
“1989-cu ildə SSRİ miqyasında əhalinin siyahıyaalınması keçirildi. Həmin statistikada Azərbaycan SSR tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 180 min nəfər göstərilirdi. 180 min nəfərdən 130 minə qədərinin ermənilər, digərlərinin isə azərbaycanlı və başqa millətlərin nümayəndələri olduğu iddia edilirdi. Təbii ki, ermənilər rəqəmləri saxtalaşdırmışdı. Çünki siyahıyaalmaya rəhbərlik edən ermənilərin özləri idi. O dövrdə Qarabağda 130 min erməni yaşamırdı. Harada bir erməninin adı və soyadı əllərinə keçirdisə, onu Qarabağda qeydiyyata salırdılar. 1989-cu ildən sonra baş verən proseslərdən və müharibədən sonra Qarabağdan çox sayda erməni köçüb getdi. Onlarda artım olduqca aşağıdır. Ancaq erməni deputatın fikri daha məntiqəuyğundur. Bu, 30-40 min erməni isə idarəedənlər, rəhbərlikdə olanlar, hərbçilər və onların ailələri, bir az da imkanı olanlardan ibarətdir. Qalanları qaçmağa imkanı olmayan yoxsullardır”.
 

Xocalıdan olan deputatın sözlərinə görə, Ermənistan və onun havadarlarının 30-40 min erməni üçün fəryad qoparması ikiüzlülükdür:
 
“Fransanın erməni prezidenti Makron başda olmaqla, erməni siyasətçilər 30-40 min erməni üçün yaman narahatdırlar. Qeyd edirlər ki, onlar blokadada qalıblar, humanitar fəlakətlə üz-üzədirlər. Ancaq bu belə deyil. Orada azərbaycanlı fəallar öz sərvəti və vətəninin ekologiyası üçün dinc aksiya keçirirlər. Laçın yolu açıqdır. Kim istəsə, gedə bilir. Ermənilər belə fəyad edirlər, ancaq özləri 400 min əhalisi olan Naxçıvanla Azərbaycanın əlaqəsini kəsiblər. Bəs işğalçılar və onun havadarları buna görə niyə pis olmurlar? Biz bu 30-40 min erməniyə qarşı humanist siyasət yürüdürük. Sadəcə olaraq, oradakı cinayətkar dəstə öz əməlindən əl çəkməli və Azərbaycan qanunlarına tabe olmalıdır. Belə olsa, hər şey yaxşı olacaq. Əks halda Prezidentin də dediyi kimi, kim istəsə yol açıqdır, gedə bilər”.
 
E.Məmmədov Qarabağda yaşayan ermənilərin separatçıların girovun çevrildiyini söyləyib: “Son 30 il ərzində ermənilərin düçar olduqları acınacaqlı, çıxılmaz durumun, fəlakətin, itkilərin və düşmənçiliyin səbəbkarı Qarabağın dağlıq hissəsində yerləşən bir ovuc separatçıdır. Bu gün Ermənistanda və ya onun hüdudlarından kənarda yaşayan müxtəlif peşə sahibi ermənilər bunu etiraf edirlər. Onlar fəlakətdən yaxalarını qurtarmaq istəyirlər. Qarabağdakı yoxsul ermənilər canlarını bir ovuc separatçı, siyasət dəllalarının əlindən xilas etmək istəyir. Əllərini qaldırıb Allaha yalvarırlar ki, Azərbaycan tez bir zamanda antiterror əməliyyatı keçirsin, bizim canımızı terrorçulardan qurtarsın. Onlar yeganə xilas yolunun Azərbaycan olduğunu başa düşürlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar