Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndidən qaçış başladı - Vardanyan açıqladı

Tarix: 08-01-2023 17:50     Baxış: 3306 A- / A+


 

“Ərzaq talonu tətbiqinə hazırlaşan“ermənilərin Qarabağdakı restoranlarda yeyib-içdiklərini əks etdirən görüntülər yayılıb  

Artıq bir aya yaxın bir vaxtdır ki, Ermənistan dövləti və Qarabağdakı separatçı tör-töküntülər Azərbaycanın Laçın yolunu “bağladığına” görə guya 120 min erməninin humanitar böhranla üzləşdiyi haqqında bütün dünyaya dezinformasiya yayır.
Qarabağın "dövlət naziri" Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq kuponlarının tətbiqinə hazırlıq barədə məlumat verib.  Musavat.com news.am saytına istinadən xəbər verir ki, o, bəzi imkanlı şəxsləri də bu ağır günlərdə Qarabağı tərk etməkdə ittiham edib. “Biz bilirik ki, bir varlı ailə öz əlaqələrindən istifadə edərək tətilə çıxıb və bu, böyük səs-küyə səbəb olub”.  Vardanyan ad çəkmədən qeyd edib ki, Qarabağ əhalisinin 90 faizi  vəziyyəti sakitliklə qəbul edir,  “lakin bir neçə yolverilməz insident” var.
O, bildirib ki, bəzilərı benzini çörəyə dəyişir, halbuki benzin təcili yardım maşınlarına lazım olduğundan ümumi fonda verilməlidir. O, daha sonra mağaza sahiblərini qohum və tanışlarına mal paylamaqda ittiham edib. "Biz hamımız eyni gəmidəyik və hər şeyi paylaşmalıyıq" o deyib və əlavə edib ki, yanvarın 9-da  qida talonlarının tətbiqi ilə baglı iclas keçirəcək. 
Vardanyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın “istefası” ilə bağlı da açıqlama verib.
Arcax-mterayin-xanut.jpg (67 KB)
“Dünən bir sıra KİV-lər naməlum Telegram kanalına istinad edərək, guya mənim yazımı Vitali Balasanyanın istefası ilə bağlı şərhlərlə dərc ediblər. Qərarlar... Mən Arayik Arutyunyanı müzakirə etmirəm və Vitali Balasanyanın xidmətlərinə hörmətlə yanaşıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, nə sosial şəbəkələrdəki rəsmi səhifələrimdə, nə də digər platformalarda bu mövzuda heç bir şərh verməmişəm”, - Vardanyan bildirib. 
Qarabağın “təhlükəsiszlik xidməti” isə əhaliyə müraciət edərək rayonda ərzaq və digər malların qıtlığı ilə bağlı sosial şəbəkələrdə məlumatları dərc etməməyə çağırıb. Əhaliyə bu müraciət təsadüfi deyil. Çünki soşial şəbəkələr separatçı rejimin yalanını üzə çıxarır. Sosial şəbəkələrdə ermənilərin Qarabağdakı restoranlarda yeyib-içdiklərini əks etdirən görüntülər yetərincədir. Artıq vəziyyət o həddə çatıb ki, “Erməni İnqilabçı” adlı Teleqram səhifəsində Qarabağdakı ermənilərə çağırışlar edilib. Həmin çağrışda deyilir: “Zəhmət olmasa, öz tanışlarınızdan xahiş edin ki, İnstaqram səhifələrində oturduqları restoranlarda yeməkli şəkillərini paylaşmasınlar. Bu, utancverici görünür”.
Xatırladaq ki, bu gün Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Şuşa yaxınlığındakı Laçın yolunda keçirdiyi aksiyanın 28-ci günüdür. Onlar Qarabağda qızıl mədənlərinin separatçılar tərəfindən qanunsuz istismarının dayandırılmasını və Laçın yolunda Azərbaycan nəzarətinin yaradılmasını tələb edirlər. Ermənistan tərəfi bu tələbləri yerinə yetirməkdən imtina edir.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar