Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanla yeni müharibə riski: Antiterror əməliyyatı başlamalı və... - Hərbi ekspert

Tarix: 06-01-2023 19:47     Baxış: 3224 A- / A+

Beynəlxalq hüququn norma və prinsiplərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında konkret sülh müqaviləsi mövcud deyil. Eyni zamanda iki dövlət arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası aparılmayıb. 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmanın prinsipləri və bəndləri də icra edilməyib. Hələ də Qarabağda qanunsuz olaraq erməni silahlıları mövcuddur.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert Şair Ramaldanov deyib.
O hesab edir ki, qanunsuz erməni silahlıları ərazidən çıxarılmayıb, Zəngəzur dəhlizinin açılmayıb və iki dövlət arasında sülh müqaviləsi imzalanmayıbsa, Azərbaycan özü bu prinsiplərini təmin etməlidir:
“Bunu təmin etməyin iki yolu var. Bu ilk növbədə sülh, danışıqlar yoludur. Digər yol isə sülhəməcburetməkdir. Eyni zamanda orada hələ də qalmaqda olan qanunsuz silahlılar təslim olmasa və ərazidən çıxmasalar, Azərbaycanın hüququ var ki, güc yolu ilə bunu təmin etsin. Çünki istənilən dövlətin ərazisində ona tabe olmayan silahlı varsa, onlar terrorçu hesab edilir. Azərbaycan da bu mənada öz ərazisində antiterror əməliyyatı aparmaq hüququnu özündə saxlayır”.
Hərbi ekspertə görə, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskindən bəhs edərkən burada aparılan döyüşün mahiyyət etibarı ilə antiterror əməliyyatı olacağı birmənalıdır:
“Əgər Azərbaycan-Ermənistan şərti sərhəd xəttində hansısa təhlükə olacaqsa, dünyada olan praktikanı nəzərə alaraq təhlükəsizlik zonası deyilən bir nöqtə yaratmaq üçün belə hərbi əməliyyatlar icra edilə bilər. Amma görünən odur ki, Ermənistan mümkün qədər sülhdən qaçır. Bu o deməkdir ki, qarşı tərəf sülh istəmirsə, demək o müharibəyə hazırlaşır. Belə olduğu halda Azərbaycan qabaqlayıcı tədbirlər görərək hansısa təhlükəsizlik zonası yaratmağa məcbur edəcək. Çünki sərhəd xətti boyu yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etməyin yeganə yolu məhz budur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar