Xəbər lenti
Qarabağda sivilləşmənin yolu: Xankəndidə bu gücü onlar görməlidir – Açıqlama
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O hesab edir ki, bu istiqamətdə erməni tərəfi düşünməlidir: “Sülhə doğru qətiyyətli addımlar atılmasa, onlar üçün problemlər yaranacaq. Azərbaycan onsuz da bölgədə möhkəmlənmə işlərini davam etdirir. Bütün hallarda Ermənistanda müharibə ilə bağlı səfərbərlik aparmaq böyük bir problem ola bilər. Azərbaycan tərəfi olaraq Şuşa-Xankəndi-Laçın yolunda öz postlarımızı qurmaqla təsiredici addımlarımızın sayı artırılmalıdır. Bunun ardınca isə bütün Qarabağı nəzarətə götürməliyik. Sərsəng su anbarı da tamamilə bizim nəzarətimizdə olmalıdır”.

Millət vəkili çıxış yolunu orda Azərbaycanın gücünün olmasında görür: “Xankəndidə bu gücü onlar görməlidir. Laçından başlayan bu proses davam etməlidir. Artıq sülhməramlılar və digərləri gördü ki, Azərbaycan prosesi özbaşına buraxmaq niyyətində deyil. Biz yeni Laçın yolu çəkməmişik ki, kimsə də “ağayana” gəlib oradan rahatca keçsin. İndi azərbaycanlı fəalların Şuşa-Xankəndi yolunda aksiyası davam edir. Bunun ardınca siyasi qərarlar verilməlidir. Eyni zamanda hərbiçilərimiz orada yerləşməlidir. Bundan sonra orada terrorçu və hərbi xarakterli addımlar məhdudlaşacaq. Azərbaycanın da məqsədi odur ki, Qarabağda sivil bir şərait formalaşsın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar