Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nikolun “Bakı döyüşə hazırlaşır” iddiası: İrəvan Qarabağda nə planlaşdırır?

Tarix: 29-12-2022 12:50     Baxış: 3343 A- / A+

Ermənistanın baş naziri Nikol Paşinyan “Azərbaycanın hərbi əməliyyatlar hazırladığı, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var” iddiasını irəli sürüb. Və bununla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Azərbaycanı yeni əməliyyata sövq edir” iddiasını bir qədər yumşaq formada davam etdirib.

Son proseslər fonunda İrəvanın siyasətində bir xətt aydın sezilir: anti-Rusiya siyasətini açıq müstəviyə keçirir; Qərbə yönələn siyasi oriyentasiyasını inkişaf etdirir; Bakını Moskva ilə eyni səbətə qoymaqla Azərbaycan-Ermənistan münasibətlərində Qərbin İrəvandan yana siyasətini təmin etməyə çalışır;

Nikolun “Azərbaycan əməliyyata hazırlaşır” iddiası da Laçın yolunda baş verənlər fonunda beynəlxalq diqqəti Qarabağda “humanitar” fəlakətə yönəltməyə hesablanıb.

Lakin bu, həm də prosesin inkişaf istiqamətini də müəyyən edir: Ermənistan “Qarabağda “humanitar fəlakət” iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktiki nəticə əldə edə bilmədilər. Prezident İlham Əliyev Ermənistan və dəstəkçilərinin növbəti cəhdə hazırlaşdığını bildirib, TŞ-də yenidən müzakirələrin keçiriləcəyi gözlənilir. Hərçənd, Moskvanın sülhməramlıların yerləşdirdiyi bölgəyə müdaxiləyə veto hüququnu qoymaq, eləcə də Bakının razılığının vacibliyi amili növbəti cəhdin də praktiki nəticəsinin olacağı ehtimalını azaldır. Bu situasiya fonunda Qarabağda mümkün müharibənin başlanması Ermənistana (həm də Fransanın timsalında dəstəkçilərinə) imkan verəcək ki:

1. Azərbaycan “Qarabağda erməni xalqına qarşı soyqırımı” törədir iddiasını irəli sürsün;
2. Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini desin;
3. BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın;

Bunun fonunda Qarabağdakı silahlı ermənilərin ciddi təxribatlar törədə biləcəyi istisna deyil və bu baş verərsə, İrəvan “Azərbaycanın əməliyyata hazırlaşdığı haqda beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdik” kampaniyasını başlayacaq. İstisna deyil ki, Laçın yolu ilə bağlı beynəlxalq səviyyədə hazırlanan ikinci cəhd üçün bu təxribatların başlanmasını gözləyirlər.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar