Şuşa, Laçın və Kəlbəcər rayonlarının məhkəmələrinə sədrlər təyin edilib.Manevr.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şuşa Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Eyni zamanda, Cavad Cavanşir oğlu İbrahimov Laçın Rayon Məhkəməsinin, Həsən Salman oğlu Qəniyev isə Kəlbəcər Rayon Məhkəməsinin sədri təyin olunub.