Xəbər lenti
Vardanyan savaşa çağırdı - Ermənilər müharibə istəyir?
Külli miqdarda vəsait, günlərlə vaxt, hədə-qorxu və təhdidlə Xankəndinin mərkəzinə erməniləri toplayıb mitinq keçirən, Rusiyadan qaçaraq, Qarabağa sığınmış milyarder Ruben Vardanyan bugünkü aksiyada çıxış edib.
Manevr.az xəbər verir ki, Rusiyada topladığı çirkli vəsaitləri Qarabağda yumaqla və burda da qanunsuz yollarla pul qazanmaqla məşğul olan Vardanyan erməniləri biznesinə alət edə bilməsindən məmnunluğunu gizlətməyib.
O deyib ki, ermənilərin “bu situasiyanı qəbul edib, döyüşə hazır olmasından” qürur duyur.
Necə də qürur duymasın? Əsarətdə saxladığı erməniləri manipulyasiya edərək, onlardan qalxan kimi yararlanaraq, Azərbaycanın sərvətlərini qanunsuz yollarla talayıb, var-dövlətini artırmaqla məşğuldur.
Vardanyan onların 3 yolu olduğunu bildirib:
“Birincisi – Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, burdan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”.
Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya qəbul edib; Azərbaycan hətta 30 illik işğal müddətində “dqr”in müstəqilliyini tanımayıb, indiki halda isə hansısa müstəqillik deyil, hətta mədəni statusu da tanımayacağı şübhəsizdir. Azərbaycan bütün dünyaya sübut etdi ki, işğalla heç vaxt barışmayacaq və torpaqlarını da kimsəyə güzəştə getməyəcək.
Ancaq Rusiyada yaşayıb-işləyən Ruben Vardanyan qəfil Xankəndidə peyda olur, Azərbaycana inteqrasiya olunmaq, normal yaşama dönmək əvəzinə erməniləri yenidən 1988-ci ili qaytarmağa çalışır.
1988-ci ildə ermənilər separatizmə, bunun ardınca isə terrora və qətliamlara başlayanda Qarabağda 150 minə yaxın erməni yaşayırdı. 34 il müddətində yüzlərlə kənd məhv edildi, iqtisadiyyat dağıldı, azərbaycanlıları öz yurdlarından qovdular, nəhayət, özləri üçün düzəltdikləri cəhənnəmdə yaşamağın mümkünsüzlüyünü görüb, çıxıb getdilər.
Cidd-cəhdlə hazırda Qarabağda 120 min erməni icması olduğunu sübut etməyə girişirlər, ancaq özləri də yaxşı bilir ki, burada cəmi 30 min erməni əhali var.
Beləliklə, 34 il müddətində sayları 5 dəfə azalsa da, savaşdan əl çəkmirlər.
Görünür, ermənilər üçün Vardanyanın dediyi “2-ci yoldan” başqası yoxdur.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar