Onun fikirncə bu mərhələdə aşağıdakıları edilməlidir:
“1. Rəsmi şəkildə Rusiya sülhməramlılarına Qarabağda qanunsuz silahlı erməni dəstələrində olan şəxslərin konkret siyahısı verməli, hamısının ya ölkədən çıxarılmasını, ya da Azərbaycana təhvil verilməsini istəməliyik.
2. Rəsmi şəkildə Rusiya sülhməramlılarına Qarabağda özünü qondarma rejimin "rəsmi nümayəndələri" olaraq təqdim edən şəxslərin siyahısı verilməli, onların cinayətkar olduğu bildirilməli və hamısının Azərbaycana verilməsini tələb etməliyik”.
Ekspertin sözlərinə görə, təbii ki, Rusiya sülhməramlıları bu tələblərə müsbət cavab verməyəcəklər:
“Ancaq bu tələblərin ciddi siyasi, hüquqi, təhlükəsizlik və psixoloji təsirləri olacaq.
Yenə bu proses çərçivəsində Azərbaycan aşağıdakıları da elan etməlidir:
- 10 noyabr bəyannaməsi ilə bölgədə müvəqqəti missiya yerinə yetirən Rusiya sülhməramlıları xaric, silahlı qanunsuz erməni qrupları qalmamalıdır. Qeyd edilməlidir ki, bu bəyanata zidd olaraq artıq iki ildir Qarabağda mövcud olan hərbi xarakterli maneələr, onları gücləndirən hər kəs və silah gəzdirənlər legitim hədəf kimi qiymətləndiriləcək!!!
- Özünü Qarabağda qondarma rejiminin rəsmi nümayəndəsi kimi təqdim edən hər bir şəxs legitim hədəf kimi qiymətləndiriləcək!
Ondan sonra isə Azərbaycan daha əvvəl uğurla etdiyi geosiyasi həmlələri ilə uyğun mühit hazırlayıb – hansı ki, bu gün mənzərə xeyli lehimizədir - ancaq vaxtı da uzatmadan öz suveren ərazilərində cinayətkarları ələ keçirmək hüququnu faktiki gerçəkləşdirməlidir”.
Siyasi şərhçinin fikrincə, Qarabağdakı cinayətkarların həbsi ilə bağlı əməliyyatları DTX, DİN və XTQ həyata keçirməlidir.
“Bu konteksdə bütün qanunsuz hərbi postlar PUA-lar tərəfindən bir gündə darmadağın edilməlidir.
Yenə bu kontekstdə Qarabağdakı əsas cinayətkarları tutub Bakıya gətirib mühakimə etmək lazımdır”.yenisabah.az