Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Xankəndi şəhərinin ümumi planı hazırlanıb” - Dövlət Komitəsi

Tarix: 24-12-2022 14:07     Baxış: 5290 A- / A+
“Komitə tərəfindən birinci addım olaraq azad edilmiş ərazilərin ümumi planının hazırlanması təmin edilib”.
Manevr.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri bildirib ki, ümumi plan Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş ərazilərinin ümumi ərazisini əhatə edir: “Xankəndi şəhərinin, Xocavənd, Füzuli və digər yerlərin də ümumi planı hazırlanıb. Məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təmini üçün vacib amillər ümumi planda nəzərə alınıb. Ümumi plan ərazidəki şəhər və digər ərazilərin Baş və müfəssəl planları üçün istinad sənədidir. Rayon mərkəzlərinin – Şuşa, Ağdam, Qubadlı, Kəlbəcər və digər ərazilərinin də 2020-ci ildən Baş planlarının hazırlanmasına başlanıb. Həmçinin baş planların işlənməsi zamanı mədəni obyektlərin bərpası də diqqətdə saxlanılıb, mövcud abidələr nəzərə alınıb”.apa

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar