Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vardanyan gərginlik yaradır, yalan deyir - Hraparak

Tarix: 22-12-2022 13:24     Baxış: 3280 A- / A+


Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan efirə çıxmaq, şəxsən insanlara xoş xəbər demək və digər populist hərəkətlərlə Paşinyanı təqlid edir. Bəziləri Vardanyanın bu davranışından qıcıqlanmağa başlayıb, onlar hesab edirlər ki, məhz bu səbəbdən “dövlət naziri” tez-tez tələsik, yanlış bəyanatlar verir, bəzən vəziyyəti gərginləşdirir.
Manevr.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Məsələn, Vardanyan bir neçə gün əvvəl axşama qədər yolun açılacağını demişdi. O, dekabrın 17-də Xankəndidə mitinq keçirməyə çağırış etdi, ardınca da təxirə saldı. Sonra efirə çıxıb elan etdi: “Bir problemimiz var: necə əmin olaq ki, bu mitinq 90-cı illərin əvvəllərindəki kimi olacaq? “Prezident”lə, “siyasi qüvvələr”lə və digər hörmətli şəxslərlə uzun müzakirələrdən sonra başa düşdüm ki, sabah Ağdərəyə gedib görüş keçirək, insanlarla danışaq, ondan sonra necə və nə vaxt mitinq keçirəcəyimiz bəlli olacaq”.
Xankəndidəki mənbələrimiz deyirlər ki, Vardanyan mitinqlə bağlı təkbaşına qərar verib. Sonra ona yanacaq problemi olduğunu, insanların ehtiyat benzinindən mitinq üçün istifadə etməyəcəyini və mitinq keçirməyin mənasız olduğunu deyiblər. Ola bilər ki, ruslar da mitinqin əleyhinədirlər, ona görə də Vardanyan rayonları gəzmək taktikasını izah etməyə başlayıb”, - məlumatda deyilir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar