Xəbər lenti
“Lazım olarsa, hamımız yığışıb Laçın yoluna getməyə hazırıq” - Vahid Əhmədov
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a deputat Vahid Əhmədov deyib.
Deputat təəssüflə bildirib ki, sülhməramlılar bu məsələdə obyektiv mövqe tutmayıblar: “Əvvəl razılıq verildi, sonra buna maneə oldular. Ermənilər də dünyaya səs-küy yayırlar ki, guya azərbaycanlılar yolu bağlayıb. Yolu azərbaycanlılar deyil, rus sülhməramlılar bağlayıb. İş o hala gəlib ki, yolda Azərbaycanın müvafiq qurumlarının postlarının qurulması məsələsi səslənir. Əlbəttə, bu vacib məsələdir. Amma indi çalışmaq lazımdır ki, proses sakit getsin. Aydındır ki, orada ermənilər də var, uşaqları təxribata çəkə bilərlər. Odur ki, proses sakit keçməlidir. Lazım olarsa biz hamımız yığışıb ora getməyə hazırıq. Əsas odur ki, bu məsələ bizim istədiyimiz kimi həllini tapsın”.
Vahid Əhmədov bildirib ki, ermənilər dünyaya səs salır, çığırır və bağırırlar ki, bu da onların ənənəvi xarektrinə uyğundur: “Gah deyirlər uşaqları buraxmırlar, gah deyir dərman problemi var. Bunların hamısı əsassızdır. Azərbaycan fəalları orada skiya keçirməklə yanaşı humanitar məsələlərə ciddi diqqət edir. Qırmızı Xaç komitəsi də rahat gedib-gəlir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar