Xəbər lenti
Xankəndidə yaşayan Gülnarə Vardanyanı ifşa etdi

Mağazalarda hər şey var, lakin vəziyyət qeyri-müəyyəndir.
Manevr.az xəbər verir ki, bu barədə Xankəndidə yaşayan Gülnarə Hayrapetyan deyib.
G.Hayrapetyanın sözləri təsdiq edir ki, Qarabağda “humanitar fəlakətin” yaşandığı, ərzaq qıtlığnın olduğuna dair iddialar Ermənistan və separatçı-terrorçu rejimin dünyanın diqqətini cəlb etməyə hesablanmış uydurmalarından başqa bir şey deyil.
Lakin son baş verənlər Qarabağda yaşayan ermənilər arasında qeyri-müəyyənliyi artırıb. Gülnarə deyir ki, onlar yolun açılacağına inanırlar, lakin sonra nə olacağını bilmirlər.
“Hər şey qeyri-müəyyəndir. Yol açılan kimi Qarabağda heç kimin qalmayacağı haqda söhbətlər gəzir, insanlar qeyri-müəyyən şəraitdə yaşaya bilmirlər”, - o deyib.
Qeyd edək ki, separatçı-terrorçu rejimin qondarma “naziri” Ruben Vardanyan ərzaq qıtlığının olduğunu iddia edir, o cümlədən, erməni əhalisinin sona qədər mübarizə aparacağından bəhs edir. Lakin artıq ermənilər tədricən səslərini çıxarmağa, Vardanyan başda olmaqla separatçı rejimi ifşa etməyə başlayıb.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar