Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qondarma "Artsax Baş Prokurorluğu" Azərbaycana "cinayət işi" açıb

Tarix: 19-12-2022 15:07     Baxış: 3327 A- / A+
"Artsax Baş Prokurorluğu" "Stepanakert-Qoris" (Xankəndi-Laçın. red.) yolunun Azərbaycan tərəfindən "bağlanması" ilə bağlı "cinayət işi" açıb.
Manevr.az xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yer alıb.
Azərbaycan tərəfə ünvanlanmış ittihamlarla dolu məqalədə yazılır:

"Bu il dekabrın 12-dən etibarən bir qrup Azərbaycan vətəndaşı özlərini ekoloq kimi təqdim edərək, "Artsaxı" Ermənistanla birləşdirən yolu qanunsuz olaraq saxta bəhanələrlə zəbt ediblər. Bununla da nəqliyyatın hərəkətini dayandırıb, "Artsax" vətəndaşları ilə xarici dünya arasında yeganə əlaqəni kəsiblər. Azərbaycan iki gün ərzində Ermənistandan "Artsaxa" qaz nəqlini qəsdən dayandırdı."

Məqalədə "bu əməllərlə" bağlı "Artsax Respublikasının Baş Prokurorluğu" tərəfindən "cinayət işi"nin başlandığı, artıq müəyyən məlumatların "sübuta yetirildiyi" bildirib.

"- Qaldırılan ekoloji problem yalnız öz hərəkətlərinə haqq qazandırmaq və onlara ağıllı baxış vermək üçün istifadə olunur.

- Azərbaycan "Artsax Respublikasının" iqtisadiyyatının əsaslarını sarsıtmaq, əhalini gəlir mənbəyindən və iş yerlərindən məhrum etmək məqsədi     daşıyır.
- Azərbaycan vətəndaşlarının hərəkətləri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına və orada qeyd olunan status-kvoya ziddir"
- deyə sərsəm məqaləyə yekun vurulub.

P.S. Bu həyasız, üzdəniraq, soysuz toplumun yer üzündən silinməsi dünyanın qurtuluş yollarından biridir. Nə qədər iyrənc, rəzil, sürü təfəkkürlü  olmalısan ki, özgənin torpağını öz mülkiyyətin kimi qələmə verəsən. Sən öləsən, o torpaqlar da, altı-üstü bütün sərvətləri də ulu babalarımızın bizə əmanətidir və bir qarışı da sizin olmayacaq. Oğru həmişə bağırır, ancaq bilin ki, doğrunun bağrını yarmağa gücünüz yetməyəcək! Qarabağ Azərbaycandır!

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar